Apteklər yeni qaydalara necə əməl edir

07.08.2015 11:43     A-reaksiya     2025

Səhiyyə Nazirliyi apteklərin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. 

Nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilib, cərimələr tətbiq olunub. 

Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə də start verib.

Nazirlikdən  bildirilib ki, artıq ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.
Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilən qiymətləri tənzimlənən 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. 
Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçən bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.

Nazirliyin tətbiq etdiyi qaydalara necə əməl edildiyini öyrənmək üçün bir çox apteklə əlaqə saxladıq. Xırda apteklərin əməkdaşları buna münasibət bildirməkdən imtana etsə də, böyük apteklərdən bu qaydalara tam əməl olunduğu barədə açıqlama verdilər. “Həyat”, “Zəfəran”, “Elit” apteklərinin rəhbərləri bildirdilər ki, Səhiyyə Nazirliyin apteklərlə bağlı bütün xəbərdarlıqlarını artıq alıblar, dərman qiymətlərinin siyahısı ilə tanış olublar. Və tətbiq olunmuş yeni qaydalara tam şəkildə əməl edilir. 

Şərhlər

Çox oxunanlar