İrana qarşı Səddam Hüseyn ssenarisi – 12 şərtin ŞƏRHİ

22.05.2018 12:04     A-reaksiya     1779

ABŞ dövlət katibi Mayk Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi gülməli lətifəyə oxşayır.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə Vaşinqton Tehranın yaxasını buraxmayacaq:

“Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi olmadığını daha əvvəl proqnozlaşdırmışdım. Bu proqnozumu Mayk Pompeonun bu sözləri də təsdiq edir, İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir.

Bu sözlər və Pompeonun çıxışında İran prezidenti Həsən Ruhanini bir neçə tənqid etməsi, o cümlədən İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri ondan xəbər verir ki, Vaşinqtonun əsas dərdi nüvə silahı deyil, İranda rejim dəyişikliyinə nail olmaqdır. Yəni düşünürlər ki, rejimi dəyişsələr İranla bağlı bütün regional problemlərdən qurtulacaqlar.

Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar