PAŞİNYAN XARİCİ İŞLƏR NAZİRİNİ TƏMAS XƏTTİNƏ NİYƏ GÖNDƏRİB?
22.05.2018 13:03 A-reaksiya 1702
Görünür Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir.
Bunu politoloq Elxan Şahinoğlu deyib: Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistan-Naxçıvan sərhədinə müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan gəlmişdilər. Onların gəlişinin məqsədi aydın idi. Azərbaycan prezidenti İlham Əliyev erməni nazirlərin sərhədə gəlişindən iki gün əvvəl Naxçıvanda olmuş və hərbi hissələrdən birində çıxışı zamanı düşməni darmadağın edəcək silahlara malik olduğUmuzu söyləmişdi. Bu baxımdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın buna cavab olaraq nazirlərini Naxçıvanla sərhəddə ona görə göndərib ki, ordakı ermənilərə və hərbçilərinə ürək-dirək versinlər. Bunlar aydındır.
Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan xarici işlər nazirlərinin cəbhə bölgəsinə gəlmələrini xatırlamıram, heç bizim xarici işlər naziri Elmar Məmmədyarovun da sonuncu dəfə təmas xəttində nə zaman olduğunu xatırlamıram...
Şərhlər