Azay Quliyevin Britaniyanın tanınmış portalında AXC haqqında məqaləsi dərc edilib

27.05.2018 19:11     A-reaksiya     1955

Böyük Britaniyanın “The London Post” portalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin “Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc edilib.

Məqalə xarici auditoriyanı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, insan hüquqları və digər sahələrdə apardığı siyasətlə bir çox Qərb ölkələri üçün nümunə rolunu oynamağa qadir olan Cümhuriyyət in fəaliyyəti ilə daha yaxından tanış edir.

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyası üçün innovativ olan bir sıra yeniliklərin altından imza atıb.Hətta bir sıra Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi məsələsi məqalədə əksini tapıb.

Məqalədə qeyd edilir ki, Azərbaycan parlamenti milli tolerantlıq və digər aspektlər baxımdan Qərb ölkələri üçün bir model idi. Parlamentin etnik tərkibi də Azərbaycan xalqının Cümhuriyyət ərazisində yaşayan hər bir icmanın və qrupun fikirlərinə yüksək əhəmiyyət verdiyinin göstəricilərindəndir.

Müəllif qeyd edir ki, 20-ci əsrin əvvəlindəki mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyərinin bir sıra böyük, tarixi əhəmiyyətə malik olan uğurlara imza atması əsl qəhrəmanlıq nümunəsidir.(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar