Ziyafət Əsgərovdan təklif: Əlillik statusunun müəyyən edilməsi "ASAN xidmət"ə verilsin
31.05.2018 14:12 A-reaksiya 1669
Azərbaycanda əlillik statusunun müəyyən edilməsinin "ASAN xidmət"ə verilməsi təklif olunurr.
Bu təkliflə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlementin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, uzun illərdir ki, əlilliyin verilməsi ilə bağlı mübahisələr davam edir:
“Əgər "ASAN xidmət"in texniki imkanları çatırsa, qoy bu məsələni öz üzərinə götürsün və müvafiq problemlər də həllini tapsın. Hesab edirəm ki, bu, həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar. Bu bir təklifdir, bunun üzərində düşünmək lazımdır”.
Şərhlər