Prezident müşaviri: “Gürcüstan-Azərbaycan-Türkiyə tərəfdaşlığı Şərq və Qərb arsında oksigen dəhlizidir”

05.06.2018 11:42     A-reaksiya     1122

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlər tərəfdaşlıqdan daha böyükdür”.

Bunu Gürcüstan prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze Tbilisidə keçirilən “Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, üç ölkə arasında əməkdaşlıq yalnız tranzit dəhlizi, karbohidrogenlərlə bağlı deyil: “Üç ölkə arasında tərəfdaşlıq Şərq və Qərb arasında oksigen dəhlizidir. Gürcüstan, Türkiyə və Azərbaycan Şərq və Qərb arasında alternativ əməkdaşlıq yolları təklif edir”.

Müşavir qeyd edib ki, üç ölkə arasında tərəfdaşlıq həyati önəm daşıyır və xalqların gələcəyinə xidmət edir. “Azərbaycanın və Türkiyənin inkişafı Gürcüstanın inkişafı deməkdir”.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar