Politoloq: “ABŞ konqresi Türkiyə ilə razılaşmaya mane olur”

05.06.2018 14:50     A-reaksiya     1177

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, PYD və YPG qüvvələri Mənbicdən çıxarıldıqdan sonra ABŞ və Türkiyə şəhərə birgə nəzarət edəcək

“ABŞ dövlət katibi ilə Türkiyənin xarici işlər nazirinin görüşündən müsbət gözləntilər var”. Bunu  açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu görüşdə Türkiyə üçün vacib olan iki məsələ həll olunmalıdır: 

“Birincisi ABŞ-ın Türkiyəyə satacağı hərbi təyyarılır məsələsidir. Gələn xəbərlərə görə satışla bağlı razılıq əldə olunub. Baxmayaraq ki, Konqres buna mane olmağa çalışırdı. Digər məsələ isə ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlıdır. İndi iki ölkənin gəldiyi razılığa görə, Mənbicdən PYD və YPG qüvvələri çıxarılacaq, həmin şəhərə ABŞ və Türkiyə birgə nəzarət edəcək. Əgər bu məsələlər həllini tapsa Mövlud Çavuşoğlunun səfərini uğurlu saymaq olacaq”.

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz



Reaksiya.az

Şərhlər

Çox oxunanlar