İSRAİL İRANI DAXİLDƏN QARIŞDIRMAQ İSTƏYİR - İrandakı rejim bu xalqa layiq deyil
06.06.2018 11:38 A-reaksiya 1353
ABŞ İranla nüvə anlaşmasından çıxdı. Bunun qarşılığında Tehran uranın zənginləşdirməsinı artıracağını bəyan etdi. Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xamaneyi səsləndirdi. Bu o deməkdir ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir və təşəbbüsü ələ alıblar.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Reaksiya.az-a açıqlamasında bildirib.
Ruhani çətin vəziyyətdədir, Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən zibilə atıldı. Bu da Həsən Ruhaninin İrandakı mövqelərini zəiflədib.
Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu indi də Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz. Onun Berlin, Paris və Londona turnesinin yeganə mövzusu İran idi. Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerika sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəgəl Əli Xamaneyinin sosial şəbəkədə yazdığı “İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır” cümləsi Avropada narazılıq doğurub, Almaniyanın kansleri Angella Merkel da narazlığını ifadə edib.
ABŞ və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaqlar. Məsələn Benyamin Netahyahu son video müraciətində bildirib ki, iranlılar ağıllı insanlardır, təşəbbüskar və zəki düşüncəyə sahibdirlər, İranı tərk edib Qərbdə yaşadıqda elmdə və texnikada böyük naliyyətlər əldə edirlər. Netanyahu fikrini belə davam etdirir ki, İrandakı rejim bu xalqa layiq deyil, maliyyəni nüvə silahına və terrorçu təşkilatların silahlandırılmasına xərcləyir, halbuki, bu pulları ölkənin inkişafına yönəldə bilərdi. Netanyahu bu açıqlama ilə faktiki İran xalqını qiyama çağırır.
Şərhlər