Avropa Parlamentinin deputatı: "Azərbaycan Aİ-nin dəstəyinə layiqdir"
06.06.2018 12:02 A-reaksiya 1131
"Azərbaycanın strateji, lakin qeyri-sabit geosiyasi vəziyyəti və ölkədəki vəziyyət elədir ki, Azərbaycan xüsusilə Rusiya və İran ətrafındakı gərginliyin artması fonunda Avropa İttifaqının (Aİ) dəstəyinə layiqdir".
Bu fikir Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədr müavini Yan Zahradilin "Euractiv" nəşrində dərc olunan məqaləsində deyilir.
Müəllif Azərbaycanın geosiyasi vəziyyətinin çox incə məsələ olduğunu qeyd edib: "Azərbaycan vacib beynəlxalq nəqliyyat və turizm şəbəkəsinə çevrilir. Ölkənin həm də Rusiya və İranın maraqları ilə qarşı-qarşıya qaldığı energetika sektorundakı rolu xüsusi önəm kəsb edir. Cənub Qaz Dəhlizi layihəsi, öz növbəsində, Avropanın, xüsusilə də Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində yeni imlanlar açacaq".
Onun sözlərinə görə, Azərbaycanın etibarlı və sabit tərəfdaş kimi qorunmasının geosiyasi əhəmiyyəti Aİ-nin nəzərə almaya bilməyəcəyi amildir.
"Lazımi diqqət ayırmaq və müvafiq dəstək vermək lazımdır. Razılaşdırılmış, birtərəfli, qətnamələr strateji tərəfdaşlığa istiqamətlənmiş və geosiyasi kontekst və prioritetlər üzrə düzgün təhlilə əsaslanmış daha uzunmüddətli sazişlərlə əvəz olunmalıdır. Azərbaycanın buna hazır olmasına şübhə etmirəm. İnanıram və ümid edirəm ki, Avropa da buna hazırdır", - Avropa Parlamenti komitəsinin sədr müavini bildirib.
Şərhlər