Sosial şəbəkələrdə testlərə inanaqmı?! - ARAŞDIRMA

08.08.2015 17:09     A-reaksiya     2719

Ekspertlər bildirir ki, bu testlər milli genefondun məhvinə hesablanıb.

Neçə vaxtdır Rusiyada bir məsələ üzərində polemika yaranıb. Belə ki, kvant genetika mütəxəssisi Pyotor Garyaevin iddiasına görə uşaqlar ananın ilk sevgilisi başda olmaq üzrə əvvəlcədən əlaqə yaşadığı kişiyə bənzəyir. Garyaevə görə bir qadın, ilk əlaqəsindən bir uşaq dünyaya gətirməsə belə, illər sonra dünyaya gətirdiyi uşaqda ilk əlaqə yaşadığı kişinin genetik izləri də mövcuddur. Qadının bir zənciylə əvvəllər əlaqədə olubsa, ağ dərilidən olan uşağının qara doğulacağını iddia edən genetikə görə bunun səbəbi DNT zəncirinin yaydığı maqnetik dalğalardır.

1985-ci ildə kəşf edilən bu genetik təsir "Telegonya" deyə adlandırılıb. İki ağ dərilidən qara uşağın doğulması kimi heyrətamiz nəticələrin DNT zəncirinin təkcə fizika maddə quruluşu deyil, yaydığı bioloji dalğalarda gizli genetik koddan qaynaqlanır. Qadın bədənində bütün həyatı boyu istifadə ediləcək yumurtalar doğuşdan vardır. Sayları 500-600 olan bu yumurta hüceyrələr ilk cinsi əlaqədə uşaq dünyaya gətirməsə belə, əlaqədə olduğu ilk adamın DNT (Holoqram) şəklini yaddaşına yerləşdirmiş olur.

Müşahidələr göstərib ki, iki atdan zebra, iki ağdərilidən qaradərili doğulub. Garyaev DNT-də müşahidə edilən (fantom yaratma) xüsusiyyətinə 198 il əvvəl Lord Ölünün təcrübəsində rast gəlib. Həmin təcrübədə iki atın cütləşməsindən zebra naxışlı dayça doğulub. Buna bənzər tapıntının yalnız havyanlar üçün deyil, insanlar üçün də etibarlı olduğunu bildirən Garyaev Rusiyada baş vermiş qəribə hadisəni də xatırladıb. Slavyan irqindən ər və arvad dünyaya qara uşaq gətirib. Genetik testlərə görə uşağın həmin ər-arvada məxsus olduğu təsdiqlənib. Dərindən bir araşdırmada isə qadının 10 il əvvəl universitetdə afrikalı bir kişi ilə qısa müddətli əlaqə yaşadığı ortaya çıxıb.

Bu hadisə indiyə qədər yaranışla bağlı bütün öyrəndiklərimizi alt-üst edir. Görəsən bu tip hadisələrin arxasında gizli səbəblər dururmu?! Ümumiyyətlə, bu və ya digər iddialar, sosaial şəbəkələrdə keçirlən primitiv testlər genefondumuzun məhv edilməsinə hesablanmış ola bilərmi?

Reaksiya.az butün bunlarla bağlı Təmiz Dünya qadınlara yardım təşkilatının rəhbəri Mehriban xanım Zeynalovanın münasibətini öyrəndi. O, hazırda sosial şəbəkələrdə ailə dəyərlərinin məhv etmə prosesinin getdiyini dedi. “Elmi araşdırmalar adı altında təqdim edilən bu tip yazılar, müxtəlif formalı testlər böyüyən gənc nəsli ailə dəyərlərimizə tapınmaqdan uzaqlaşdırır. Bunlardan bir çoxu sadə əyləncəli xarakter daşısa da, milli kimliyi, psixoloji boşluğu, adət-ənənələri, ailə dəyərlərini öyrənməyə yönəlikdir. Bir çox insanlar bu tələyə asanlıqla düşür və paylaşımlar edirlər. Məsələ ondadır ki, insanlar testlərin təhlükəli mahiyyətinə varmırlar. Ən pisi odur ki, bunun nə qədər təhlükəli olduğunu dəırk edənlər belə həmin testlərdən istifadə edirlər. Rusiya ekspertləri bu cür testlərlə şəxslərin bank hesablarına müdaxilə edilə biləcəyi xəbərdarlığını yaymışdılar. Düşünürəm ki, ruslar nsanların daha çox zəif tərəfi olan maddiyyat itkisindən sui istifadə edərək xəbərdarlıq etmişdilər. Lakin mahiyyət tam başqa idi”.

Mehriban xanım konkret olaraq "Telegonya" iddiasına da münasibət bildiridi. “Pyotor Qaryayevadlı alimin iddiası elmi araşdırmalar zəminində dəyərlər sisteminə vurulan zərbədir. P.Qaryayev güya müəyyən edib ki, qadınlar ərə gedənədək cinsi münasibətdə olduğu kişilərin DNK daşıyıcılarını ailə qurduqdan sonra dünyaya gətirdiyi uşağa ötürür. Bu əslində ikibaşlı yanaşmadır, ciddi siyasi münasibətdir. Bir tərəfdən düşünə bilərik ki, qadınların ailə quranadək pərakəndə halda cinsi münasibətlərinin qarşısını almaq üçün xof yaradır. Yani ki, ərə gedənədək müxtəlif cinsi münasibətdə olmaqla sabah doğulacaq uşağın rəsmi atasının varlığını hər an şübhə altına qoya bilərsən. İkinci tərəfdən də uşağın atası məlum olsa belə doğduğun “bic” hesab olunacaq. Və nəhayət, bir mesaj da odur ki, qadınlar zatən həmişə günahkardır və onların gizli münasibətləri həmişə var. Sadəcə ailə quranlar artıq istənilən şəxs öz ailəsi ilə bağlı daimi şübhə içərisində qalacaq. Bu artıq dəyərlər sisteminə ciddi zərbədir, ailə dəyərləri şübhə içərisində qurulursa o ailə məhvə məhkumdur” 

Şərhlər

Çox oxunanlar