Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməyə haqqı var
12.06.2018 13:59 A-reaksiya 1180
Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycan sülhsevər dövlətdir: "Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik. Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu ilə ərazilərimizi tərk etməsələr, Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Bizim işimiz haqq-ədalət işidir.
Şərhlər