Azərbaycan–Türkiyə münasibətlərini nə gözləyir? - - İncə dönəm

20.06.2018 15:17     A-reaksiya     1123

Türkiyə dövlətçiliyinin təməl prinsiplərində türk dövlətlərinə münasibət elə formada qurulub ki, prezidentin kimliyi vəziyyəti əsaslı dəyişmir. Xüsusilə Azərbaycana yönəlik münasibətin prinsipləri daha dərin və köklüdür.

Bunu açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Politoloqun sözlərinə görə, Türkiyədə keçiriləcək prezident seçkilərində hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, bu, Azərbaycanla ikitərəfli münasibətlərə mənfi təsir etməyəcək:

“İki ölkənin münasibətlərində müəyyənləşdirici faktor Türkiyə hakimiyyəti yox, Türkiyə ictimaiyyətidir. Bu baxımdan, Türkiyə - Azərbaycan münasibətləri strateji əhəmiyyətə malikdir. Burada fərdlərdən çox siyasi, ideoloji, geosiyasi baxışlar önəm daşıyır.

CHP namizədi Məhərrəm İncənin seçkilərdə qalib gəlməsi ehtimalında Türkiyənin Azərbaycanla münasibətlərinə gəlincə, əvvəla hesab edirəm ki, onun seçkilərdə qalib gəlmək şansı aşağıdır. Fikrimcə, əsas mübarizə Maral Akşenər və Rəcəb Tayyib Ərdoğan arasında gedir”.

Bununla belə Vüqar Zifəroğlu son zamanlarda Məhərrəm İncənin reytinq yüksəlişinin olduğuna da diqqət çəkib: “Lakin bu yüksəliş müvəqqəti xarakter daşıyır. Bu, sadəcə qurulmuş kampaniyanın tərkib hissəsi olaraq baş verən yüksəlişdir. Əsas rəqabət Ərdoğan və Akşenər arasında gedir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar