Rusiyaya və Türkiyəyə qarşı geosiyasi müharibə gedir - RUSIYALI EKSPERT

05.06.2015 10:28     A-reaksiya     1304

Rusiyalı ekspert Roman Vlasov, Türkiyənin ŞƏT – dəki ağırlığının artırmalı olduğunu ifadə edərək, bunun Rusiya və Türkiyəyə qarşı həyata keçirilən geosiyasi müharibədə vacib amil olacağını vurğulayıb.

 

İstanbul Arel Universiteti, Rusiya Omsk Dövlət Pedaqoji Universiteti ilə birlikdə İstanbulda bir beynəlxalq konfrans keçirib. Konfransda əsasən Türkiyənin Avrasiyaya inteqrasiyası, Türkiyə-Rusiya iqtisadi münasibətləri, Rusiya və Qərb arasındakı sanksiya siyasəti kimi məsələlər müzakirə olunub.

Konfransda çıxış edən ekspert Roman Vlasov, gələcəkdə Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə inteqrasiyasının qaçınılmaz olduğunu ifadə edib. Bu inteqrasiyanın tez ya da gec həyata keçəcəyini ifadə edən Vlasov, "Türkiyənin dünyadakı nüfuzuna baxdığımız zaman, Ankaranın AB-yə üzv olsa belə,özünü tam olaraq o birliyə aid hiss etməyəcəyin görərik. Buna görə də, Türkiyə üçün Avrasiya hər zaman əhəmiyyətli bir variant olaraq qalacaq" – fikirlərini xüsusi ilə vurğulayıb.

Şərhlər

Çox oxunanlar