ABŞ Paşinyanı “ölümə” göndərir - ilginc gözlənti

14.08.2018 13:03     A-reaksiya     1269

Konqresin 50 üzünün Trampa çağırışının pərdəarxası; erməni baş nazir Putinlə acıq toqquşmaya sürüklənir - motiv; işğalçı ölkə regionda Türkiyəni əvəzləyəcək?

Ermənistanın baş naziri Nikol Paşinyan gələn ay ABŞ-a getməyə hazırlaşır. Düşmən ölkənin baş nazirinin əsas hədəfi  BMT Baş Məclisinin növbəti sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşə nail olmaqdır. Ayaqüstü yox, məhz normal, haradasa yarım saat çəkən bir görüşə.

Ermənistanda hökumətə bağlı media dəridən-qabıqdan çıxaraq, artıq indidən hələ baş tutmayan və baş tutması da bir elə real görünməyən görüşün təbliğatını aparır. Hətta bir az da Amerika tərəfinə minnət qoyulur ki, “Ağ Ev başçısına başucalığı gətirəcək” belə bir təması niyə gecikdirir? Guya Paşinyan ölkədə artıq dərin islahatların həyata keçirilməsi ilə məşğuldur ki, bu da ABŞ-ın, Qərbin maraqlarına, tələblərinə tamamilə cavab verir. Əslində isə belə bir şey yoxdur.   

Bu arada ABŞ Konqresinin 50 üzvü prezident Donald Trampı Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşməyə çağırıb. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda “The Washington Freee Beacon” nəşrində Adam Kredo yazıb. Müəllif eyni zamanda Türkiyə ilə ABŞ arasında münasibətlərdə getdikcə artan gərginlikdən də bəhs edib.

Onun sözlərinə görə, görüş tərəfdarı olan amerikalı konqresmenlər ABŞ-la Ermənistan arasında əlaqələri möhkəmlətmək imkanı görürlər: “Ona görə ki, Türkiyə ilə diplomatik münasibətlər kəskinləşməkdədir - hansı Türkiyə ki, ənənəvi olaraq, Ermənistanla soyuq münasibətdədir”.

Ä°lgili resim

“ABŞ-ın xalq inqilabı dalğasında Ermənistanla əlaqələri möhkəmlətmək üçün şansı var”, - deyə parlamentarların Trampa müraciətində qeyd olunur. Konqresmenlərin fikrincə, ola bilsin, Ermənistanda inqilab silsilə islahatlara gətirsin.

Yəni əslində onlar da işğalçı ölkədə dərin islahatların reallaşacağına bir elə inanmırlar. Təbii ki, əsas amil Rusiya ilə bağlıdır. Bununla belə, məqalə müəllifi qeyd edir ki, Tramp administrasiyasında Ağ Ev başçısının Nikol Paşinyanla görüş mümkünlüyünü şərh eləməklə bağlı nəşrin sorğusunu cavab verməkdən imtina olunub. Ağ Evin Milli Təhlükəsizlik Şurasında da məsələni şərh eləməkdən imtina ediblər.

“Ancaq konqresmenlərin məktubu ilə tanış olan Tramp administrasiyasının keçmiş məmurlarından biri söhbət zamanı bildirib ki, Ağ Ev məqamdan istifadə eləməli və Ermənistanla yeni əlaqələr qurmalıdır. ”Hazırda Türkiyə ABŞ-dan və bizim xaricdəki milli maraqlarımızdan üz çevirir. Ermənistan isə Amerika ilə daha sıx əlaqələr qurmaq və əməkdaşlığı genişləndirmək üçün mümkün hər şeyi edir. Prezident Tramp bunu qəbul eləməlidir, nəinki Ərdoğanın önündə geri çəkilməlidir", - deyə keçmiş məmur bildirib" - məqalənin sonunda vurğulanır.

paşinyan ile ilgili görsel sonucu

Şübhə yox ki, ABŞ prezidenti ilə görüş Paşinyana daha çox təbliğati anlamda lazımdır və guya Qərbə yaxınlaşmaq görüntüsü yaratmaq, bu fonda da sonuncudan, həmçinin, erməni lobbisindən maliyyə dəstəyi almaq məqsədi güdür. Ancaq artıq bəllidir ki, nəinki Qərb və ələlxüsus ABŞ, hətta varlı erməni lobbisi də pulu elə-belə vermir. Onların əsas şərti Paşinyan hökumətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq yönündə real addımlar atmasıdır.

Bu isə Ermənistanın yeni hökuməti üçün az qala, siyasi suisid (intihar)a bərabər bir şeydir. Onsuz da Moskva İrəvana qəzəblidir və xüsusilə də Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların qəbul edildiyi hazırkı dönəmdə Paşinyanın Ermənistanda Qərbin, Amerikanın mövqeyini möhkəmlətməyə yönəlik addımı Kremlin səbir kasasını daşıra bilər. Müxtəsəri, Paşinyanı Putinin qəzəbinə gətirmək - elə onu ölümə göndərmək kimi bir şeydir. 

Bu üzdən erməni baş nazir Rusiya ilə ABŞ (Qərb) arasında hələ ki oynamaq, manevr eləmək zorundadır. Bu da Qərbin qərar verən mərkəzləri üçün kifayət deyil. Həmin mərkəzlər Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyinin praktik əlamətlərini görmək istəyir. Ancaq vurğulandığı kimi, bu uzaqlaşma İrəvana şimaldan sürprizlər vəd edir - o cümlədən Qarabağ məsələsində. Rusiyanın nəinki ekspert çevrələrindən, rəsmi dairələrindən də bununla bağlı İrəvana açıq xəbərdarlıqlar gəlməkdədir.

Trump ile ilgili görsel sonucu

Kremlin mümkün sürprizləri barədə son vaxtlar Qərbə bağlı erməni nəşrləri tez-tez yazır.

“Biz artıq yeni siyasi reallıqda yaşayırıq. Özümüzdən bu fikri nə qədər uzaqlaşdırmağa çalışsaq da, artıq müharibə qapımızı döyür. Özü də bu dəfə təkcə Azərbaycanla yox, Rusiya ilə də vuruşmalı olacağıq. ABŞ hökumətinin Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə açıqlamasından sonra Moskva artıq qəti şəkildə özündən çıxıb”.

“Yeni Müsavat”ın məlumatına  görə, bu barədə armenianreport.com-dakı məqalədə deyilir. Müəllifə görə, Rusiyaya Qarabağda müharibə həm Ermənistana qəzəbli olduğuna görə, həm də beynəlxalq sanksiyalar üzündən getdikcə daha da ağırlaşan daxili durumdan narazı Rusiya əhalisinin diqqətini yayındırmaq üçün lazım gələ bilər.

Ä°lgili resim

“Ssenarilərin ən müxtəlif olması mümkündür. Ancaq xüsusilə də Aleksandr Duqinin bir sözünü ciddiyə almağa dəyər. Duqin açıq şəkildə demişdi ki, Vladimir Putin bizim ölkəmizdə baş verənlərdən bərk qəzəblənib. Bu isə o deməkdir ki, Rusiya tam mümkündür ki, ölkəmizə qarşı müharibənin iştirakçısı olsun”, - deyə məqalədə təlaşla bildirilir.

Daha sonra Ermənistandakı Rusiya hərbi faktoruna diqqət yönəlidilir: “Bəli, bizim xoşbəxtlikdən Rusiya ilə ümumi sərhədimiz yoxdur. Amma Gümrüdə hələ də Rusiya hərbi bazası durur. Bütövlükdə isə Putin Rusiyası həmişə bizə qanlı hamam düzəltmək imkanındadır. Deyəsən bu yöndə iş də gedir. Rusiya KİV-lərindəki yazlardan bunu görmək olar” - yazıda qeyd olunur.

Erməni nəşrindəki son təhlili yazıdan da görmək olar ki, yeni hökumət bir yandan, islahatlar aparıb Qərbin, ABŞ-ın etimadını qazanmaq istəyirsə, digər yandan, Rusiyadan ciddi şəkildə çəkinir, islahatların bədəlinin odlquca ağır ola biləcyindən ehtiyatlanır. İslahatların aparılmaması, gecikməsi isə Paşinyan iqtidarının sonunun tezləşməsi və əks-inqilabın qaçılmazlığı deməkdir.(Musavat.com)

Şərhlər