Separatçıları torpaqlarımızdan təmizləmə mövsümü - ANALİZ
10.08.2015 13:48 A-reaksiya 2814
7 iyunda keçirilən parlament seçkisində 13 ildən bəri iqtidarda olan Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyəti itirəndən sonra yeni hökumətin yaradılması istiqamətində işlər ənənəyə uyğun olmayan şəkildə ləng gedir.Prezident Ərdoğan yeni hökuməti yaratma səlahiyyətini seçkidən birinci yerdə çıxmış Ədalət və İnkişaf Partiyasının lideri Əhməd Davudoğluna verəndən sonra Davudoğlu koalisiya hökuməti yaratmaq məqsədiylə seçkidən ikinci yerdə çıxan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluyla görüşdü.Hökumətin yaradılması üçün əsas prinsipləri müəyyənləşdirmək iki partiyanın da müəyyənləşdirdiyi heyətlər təxminən 10 dəfə görüşəndən sonra hazırladıqları raportları partiyaların liderlərinə təqdim ediblər.Əhməd Davudoğlu partiyasından olan nümayəndələrin hazırladığı raportu əvvəlcə Mərkəzi İdarə Heyətinin, sonra isə hökumətin müzakirəsinə çıxaracaq.CHP də öz raportunu əvvəlcə partiyanın məclisində, sonra Parlament fraksiyasında müzakirə etdirəcək.Davudoğlu və Kılıçdaroğlu arasında Türkiyə Cümhuriyyətinin yeni hökumətinin yaradılıb-yaradılmayacağına dair son müzakirənin bu həftənin axırında keçirilməsi gözlənilir.
Türkiyə, bir tərəfdən, seçkidən sonrakı mərhələdə demokratik prinsiplərdən istifadə edərək, yeni hökumətin yaradılması prosesinə indekslənsə də, 20 iyulda Şanlıurfa vilayətinin Suruç qəsəbəsində 32 nəfərin ölümüylə nəticələnən terror aksiyası və növbəti günlərdə ölkənin Cənubi-Şərq bölgələrində polis və əsgərlər qarşı yönəldilmiş terror aksiyaları Ankaranın bütün diqqətinin terrora qarşı mübarizəyə yönəlməsinə səbəb oldu.Prezident Ərdoğanın 22 iyulda ABŞ prezidenti Barak Obamayla telefon danışığından sonra Türk hava qüvvələri paralel əməliyyatlarla həm “İslam dövləti” terror təşkilatının Türkiyə-Suriya sərhədinə yaxın bölgələrdəki qərargahlarını həm də PKK terror təşkilatının Şimali İraqdakı düşərgələrini bombaladı.NATO-dakı müttəfiqlərinin təkidinə baxmayaraq, “İslam dövləti” terror təşkilatına qarşı mübarizə məqsədiylə qurulan beynəlxalq koalisiyanın əməliyyatları üçün İncirlikdəki hərbi bazasını açmayan Ankara, Ərdoğan-Obama telefon danışığından sonra İncirlik bazasını da beynəlxalq koalisiyanın İD terroruna qarşı əməliyyatlarına açıq duruma gətirdi.Şənbə axşamı gələn xəbərlər Türk hava qüvvələrinin PKK terror təşkilatının Şimali İraqdakı yuvalarına yenidən təsirli əməliyyat keçirdiyini və terror təşkilatının idarəçilərindən bir qisminin o əməliyyatlarda təsirsiz hala gətirdiyini göstərirdi.Şanlıurfanın Ceylanpınar qəsəbəsində xalqa müraciət edən baş nazir Əhməd Davudoğlu “Terror təşkilatının Kandil dağlarında da dərsini verdiklərini” vurğulayırdı.Türkiyənin PKK terror təşkilatına qarşı apardığı təsirli hava əməliyyatlarına,xüsusilə, okeanın o tayından çox da sərt olmayan mənfi reaksiyalar verilməsinə baxmayaraq, bu məsələdə Ankaranın öz qərarlılığından geri addım atmayacağı görünməkdədir. Bunun əsas səbəbi “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə aparacaq beynəlxalq koalisiyanın, xüsusilə quru hərəkatında Türkiyəyə ehtiyac duymasıdır.Uzun müddətdən bəri İncirlik bazasını Qərb ölkələrinin istifadəsinə verməyən Türkiyə, bazanı İD terroruna qarşı beynəlxalq koalisiyaya açdığı andan etibarən öz ərazi bütövlüyünə təhdid olan PKK terroruna öldürücü zərbə endirmə fürsətini qaçırmayaraq, baş nazir Davudoğlunun da vurğuladığı kimi, “gücünü hər kəsə nümayiş etdirdi”.
Bölücü terrora qarşı Türkiyənin həyata keçirdiyi qərarlı hərbi əməliyyatlar torpaqları bölücülərin işğalına məruz qalmış Azərbaycanı da öz doğma torpaqlarındakı erməni separatizminə qarşı qərarlı əməliyyatlar aparmağa ruhlandıracaqdır. Son dönəmdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun atəş cizgisində və sərhəd bölgələrimizdə vaxtının çoxunu milli ordumuzun əsgərləriylə keçirərkən verdiyi mesajlar Azərbaycanın da erməni bölücülük cəhdlərinə qarşı qərarlı addımlar atacağını deməyə imkan yaradır.Orta Şərqdə yaranmış vəziyyət də torpaqlarımızdakı erməni separatizminə qarşı qərarlı mübarizənin vaxtının gəldiyini deməyə imkan yaradır.Separatçıları və terrorçuları öz torpaqlarından təmizləmək BMT-nin 51-ci maddəsiylə hər bir dövlətə verilən leqal haqqdır.
Şərhlər