Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır”

14.09.2018 12:35     A-reaksiya     973

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, bütün dünyaya mesajdır”.

Bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

S.Seyidov qeyd edib ki, bu əlaqələr iqtisadi, mədəni və humanitar sahədə deyil, o cümlədən hərbi sahədə yüksək səviyyədə inkişaf edir: “Güclü orduya malik olan Azərbaycanı Türkiyə və Gürcüstan da dəstəkləyir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar