Paşinyanın bu addımı müharibəyə aparır - Mixaylov

23.10.2018 12:01     A-reaksiya     1145

Ermənistanın həyata keçirdiyi siyasətin ultramillətçilərə və Rusiyanın regiondakı maraqlarına zidd olan müharibə tərəfdarlarına kəskin vüsət verdiyi çox açıqdır.

Bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov axar.az-a Ermənistanda siyasi sahədəki təkamülü təhlil edərkən bildirib.

Ekspertin sözlərinə görə, Paşinyan və digər siyasi qüvvələrin qarşılıqlı münasibətlərində qeyri-müəyyənlik olsa da, kifayət qədər vacib amillər müşahidə olunur. Bunlardan biri kimi ekspert Nikol Paşinyanın ultramillətçi Daşnatsütyun və Sasna Çrerlə qarşılıqlı münasibətlərini göstərib:

“Nikol Paşinyanın Daşnaksütyunu dəstəklədiyi fikrinin özü bir o qədər də düzgün deyil. Mənim fikrimcə, məhz daşnaklar öz maraqları naminə Paşinyan fiqurunu dəstəkləyirlər. Onların partiyası terror qruplaşması olan Sasna Çrerlə birlikdə yaxın vaxtlarda da Ermənistanın siyasi dairələrinin xarici siyasət ideyalarının əsas inteqratorları olaraq qalacaq. Paşinyan sadəcə mane olduğu halda asanlıqla aradan götürülə biləcək bir fiqurdur”.

Mixaylov qeyd edib ki, Ermənistanın siyasi dairələri nasizmin reabilitasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmanın radikallaşması kursunu götürüb.

“Vəziyyət acınacaqlıdır. Daşnakların və Sasna Çrerin hakimiyyətə gələcəyi halda Dağlıq Qarabağla bağlı danışıqlar prosesi haqqında sadəcə arzulamaq olar. Rusiya ilə münasibətlərin də minimuma enəcəyini ehtimal etmək olar və o zaman Qarabağın qaytarılması üçün fövqəladə tədbirlərin vaxtı gəlib çatacaq. Mən başlanğıc üçün diplomatik tədbirləri nəzərdə tuturam. İstənilən halda əgər Bakı son 25 ildə müharibəyə başlamamaqla bağlı məsləhətlərə qulaq asıbsa, deməli, onun kifayət qədər səbri var. Dözümlülük xüsusi itkiyə məruz qalmadan torpaqlarını geri qaytarmağa imkan yarada bilər. Üstəlik artıq regionda yeni oyuna başlayan amerikalılar da işğal olunmuş ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatlar verməyə başlayıb”, - ekspert vurğulayıb.

“İstənilən halda maraqlı dövr yaşayırıq. Nə vaxtsa illərlə gözlənilən bir neçə gün ərzində baş verə bilər”, - Mixaylov sözünü yekunlaşdırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar