Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır
09.12.2018 17:43 A-reaksiya 1107
Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
“Report” bildirir ki, 1997-ci il təvəllüdlü Familzadə Gülnar Elşad qızı yaşadığı Sumqayıt şəhərinin 26-cı məhəlləsində yerləşən Energetika sanatoriyasının 2-ci mərtəbəsindən yıxılıb.
Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 21 yaşlı qız dərhal xəsətəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər