Dmitri Kiselyov: “Rusiya və Azərbaycan münasibətləri Qafqazda sülh faktorudur”

11.12.2018 13:30     A-reaksiya     1074

Rusiya və Azərbaycan münasibətləri, təkcə Qafqzda deyil, həm də daha böyük bölgədə sülhün faktorudur.

Bu fikir Rusiyanın populyar teleaparıcısı, Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin baş direktor müavini, “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov tərəfindən Qlobal maraqlar mərkəzinin prezidenti Nikolay Zlobinlə həmmüəllifi olduğu “Kiselyov vs Zlobin. Şəxsi dərinlik uğrunda mübarizə” kitabının təqdimat mərasimində səsləndirilib.

“Bu gün Rusiya və Azərbaycan münasibətləri Qafqazda və onun hüdudları xaricində sülhün faktorudur. Məsələn, Azərbaycan Rusiya və İran arasında özünəməxsus vasitəçi kimi, üçtərəfli layihələrdə isə tərəfdaş kimi iştirak edir”,-deyə Kiselyov qeyd edib.

Dmitri Kiselyov Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı və konstruktiv strateji münasibətlərin qurulmasıında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin böyük əməyi olduğunu vurğulayıb. “Mənim fikrimcə, o, bu münasibətlər üçün olduqca sağlam əsas qoyub gedib. Heydər Əliyevin ideyası Azərbaycan-Rusiya-İran üçlü münasibətlərin qurulmasından və bu üçbucağın olduqca balanslaşdırılmış şəkildə alınmasından ibarət idi. Bunun sayəsində Azərbaycan-Rusiya münasibətləri Xəzər dənizində tənzimləmə faktoruna çevrildi”,-deyə rusiyalı aparıcı söyləyib.

Dmitri Kiselyov prezident İlham Əliyevin bu mənada atasının xəttini davam etdirdiyini bildlirib.

“Azərbaycan olduqca sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada olduqca əmin şəkildə göstərir, ölkə daxilində isə sabit və balanslaşdırılmış cəmiyyət yaşayır”,-deyə Kiselyov vurğulayıb.

Qafqaza gəlincə isə, populyar jurnalist bölgənin sülh şəraitində qalmalı olduğunu söyləyib: 
“Hesab edirəm ki, Qafqaz öz taleyini özü həll etməlidir, kiminsə arxasınca düşməməlidir. Qoy Azərbaycan Azərbaycan, Ermənistan Ermənistan, Gürcüstan da Gürcüstan kimi qalsın. Bizim Şimali Qafqaz isə çoxşəkilli, çoxsəsli və çoxrənglidir və onun da balanslaşdırılmış şəkildə qalması yaxşıdır. Rusiyanın çoxqütblülüyü önə sürən konsepsiyası Qafqaz üçün kifayət qədər harmonikdir.(musavat)

Reaksiya.az

Şərhlər