İlham Əliyev generalı işdən çıxardı
23.12.2018 12:50 A-reaksiya 1266
Prezident İlham Əliyev dekabrın 18-də Asəf Quliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Reaksiya.az"-ın xəbərinə görə, müvafiq sənəd “Nuhçıxan” agentliyinin saytında yerləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.
Şərhlər