“Müharibəyə hazırlaşın!” XƏBƏRDARLIĞI EDİLDİ: - Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ
16.01.2019 14:22 A-reaksiya 1424
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayılmasından sonra ortaya daha bir iddia atıldı.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Əl-Cəzirə” telekanalının aparıcısı və ABŞ-ın "The Intercept” portalının yazarı Mehdi Həsən Boltonun Vaşinqtonun xarici siyasətində artan təsirinə diqqət çəkərək “indi o, İranla müharibə istəyir” deyib.
Müəllif “Con Bolton İranı bombalamaq istəyir” başlıqlı yazısında Boltonun ABŞ administrasiyasında ciddi bir güc əldə etdiyini, ölkə rəhbərliyini İranla müharibəyə məcbur etdiyini qeyd edib. O, ABŞ-ın keçmiş müdafiə naziri Ceyms Mettisin Boltonu “şeytanın insan halı” adlandırmasını xatırladıb. ABŞ adminsitrasiyasında bir çox insanın Boltonla fikir ayrılıqlarına görə işindən ayrıldığını yazan Mehdi Həsən iddia edir ki, bütün bunlara rəğmən, milli təhlükəsizlik üzrə məsləhətçi fikirlərində dəyişiklik etməyib və boş qalan yerlərə İrana qarşı savaşı dəstəkləyən şəxslərin gətirilməsini təmin edib.
Yazar prezidenti Donald Trampın Suriyadakı Amerika qoşununun tezliklə çəkiləcəyi barədə açıqlamasına baxmayaraq, Boltonın bunun əksi olan şərh verdiyini xatırladıb.
Həsən Mehdiyə görə, Con Bolton 2002-ci ildə əsassız kimyəvi silah iddiaları ilə İraqın işğal edilməsinin əsas aktyorlardan biri olmuşdu.
Boltonun ötən il İranı vurmaq üçün Pentaqondan hərbi variantlar tələb etdiyini vurğulayan Həsən onun bu tələbində qaldığını vurğulayıb. Qeyd edilir ki, Pentaqon rəsmiləri Boltonun İran ilə hərbi qarşıdurmanı sürətləndirə biləcəyindən qorxurlar. Bildirilir ki, Boltonun ABŞ administrasiyasında anti-İran mövqeyi ilə tanınan çoxlu sayda müttəfiqin olması da onun əlini gücləndirir.
Boltonın İran əleyhinə şərhləri ilə tanınan şəxslərlə çalışdığını yazan Həsənin sözlərinə görə, o, müharibənin əleyhinə olan adları zərərsizləşdirərək yaxın bir zaman içində İrana qarşı müharibəni başlada bilər.
Daha əvvəl “The New York Times” qəzetinin yazdığına görə, Boltonun yürütdüyü hərbi siyasət prezidentin amerikalı hərbçiləri çıxarmaqla Yaxın Şərqdə təsir vasitələrini itirdiyi bir məqamda İranla münaqişəni sürətləndirə bilər. Nəşrə görə, belə bir narahatlığı Pentaqonun aparıcı rəsmiləri səsləndirirlər.
Boltonun göstərişilə Milli Təhlükəsizlik Şurası ötən il Pentaqondan xahiş edib ki, İranı vurmaq üçün Ağ Evə hərbi variantlar təklif etsin. Müdafiə Departamenti və aparıcı rəsmilərin sözlərinə görə, bu xahiş o dövrün müdafiə naziri Mettisi və digər rəsmiləri narahat edib. Bu xahiş “İranın dəstəklədiyi döyüşçülər”in ABŞ səfirliyinin Bağdaddakı səfirliyinin ərazisi sayılan boş yerə raket atmasından sonra səsləndirilib.
“Boltonun ötən ilin aprel ayında bu vəzifədə Herbert Raymond Makmasteri əvəz etməsindən sonra Ağ Ev administrasiyasının İrana qarşı təcrid və təzyiq siyasətini gücləndirib. Bu siyasət İran liderlərinə düşmənçiliyi sərgiləyir, onun Corc Buş administrasiyasında çalışdığı günləri yada salır. Bolton vəzifədə olmadığı müddətdə İrana hərbi hücumlara, rejim dəyişikliyinə çağırmışdı”, – “The Wall Street Journal” ötən günlərdə yazmışdı.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Garet Marquis isə deyib ki, Bolton siyasəti koordinasiya edir, bir sıra təhdidləri cavablandırmaq üçün prezidenti variantlarla təmin edir.
Şərhlər