Paşinyanın torpaqlarımızda ölüm-qalım savaşı - Erməni general Qarabağda HƏRƏKƏTƏ KEÇDİ

13.02.2019 13:35     A-reaksiya     1258

2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək. Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcək. Namizədlərdən biri hələ ki, qondarma DQR-in keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayan, digəri isə hazırkı “prezidentin məsləhətçisi” Araik Artünyandır. Lakin bu namizədlər uzun proseslərdən keçərək seçkilərdə iştirak etməlidir. Bundan başqa, Azərbaycanın işğal edilmiş ərazilərində siyasi xaos və qarşıdurma davam edir. Digər tərəfdən isə baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ klanı arasında qarşıdurmalar davam edir.

Politoloq İlqar Vəlizadə  açıqlamasında bildirdi ki, bu siyasi xaos hələ uzun müddət davam edəcək:

“20 il ərzində Dağlıq Qarabağda oyuncaq hökumət formalaşıb və fəaliyyət göstərir. Ona görə oyuncaqdır ki, bu hakimiyyət digər daha nüfuzlu oyunçuların əlində bir vasitədir, alətdir. Ona görə də Qarabağda gedən proseslər regionda baş verən digər dəyişikliklərlə uzlaşır. Ona görə də Dağlıq Qarabağdakı siyasi çəkişmələr və rektoral proseslər daha çox qondarma hakimiyyətin uğursuz fəaliyyətindən ibarətdir. Proseslərin özəyi Ermənistandadır. Burada iki klan mübarizə aparır. Biri digərinin üzərində qalib gəlir. Yəni Nikol Paşinyanın təmsil etdiyi siyasi qrup Dağlıq Qarabağ üzərində üstünlük qazanaraq onu siyasi səhnədən kənarlaşdırıb. Amma Qarabağ klanı Dağlıq Qarabağda hakimiyyətini saxlayıb. Buna görə də Ermənistandakı siyasi xaos Dağlıq Qarabağa da sıçrayır və bu sıçrama gələn il kuliminasiya nöqtəsinə çatacaq. Güman ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesi Paşinyan tərəfindən hər zaman gündəmdə saxlanılacaq. Paşinyan çalışacaq ki, Ermənistanın siyasi dairələrindən asılı olan Qarabağ klanının bəzi üzvləri vasitəsilə Qarabağda öz mövqeyini möhkəmləndirsin”.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar