Sensasion QARABAĞ AÇIQLAMASI, 2019-cu ilin sonuna QƏDƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
15.02.2019 12:47 A-reaksiya 1105
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin həllində Nikol Paşinyanın davranışlarını şərh edib. Soçidə Suriya üzrə Rusiya, Türkiyə və İran prezidentlərinin iştiraki ilə üçtərəfli görüşü keçirilib. ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropa partnyorlarını Vaşinqtonun nümunəsi üzrə İranla nüvə sazişindən çıxmağa çağırıb. Fevralın 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusuna hücum olub.
“Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir.
Fevralın 13-də Varşavada başlayan və 60 ölkənin hökumət başçıları, xarici işlər nazirləri və yüksək vəzifəli diplomatlarının iştirak etdiyi Yaxın Şərq üzrə konfransında əsas müzakirə mövzusu İran olub. ABŞ və Polşanın təşkil etdiyi ikigünlük tədbir (13−14 fevral) Rusiya, İran, Türkiyə, Livan və Fələstinin nümayəndələrinin iştirakı olmadan keçir.
Polşa Yaxın Şərqlə bağlı “Varşava prosesi” yaradılmasını təklif edir. Bunu Varşavadakı Yaxın Şərq konfransında çıxışı zamanı Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç deyib. Onun sözlərinə görə, bu təklifin əsas məqsədi regionda stabillik üçün səylərin davam etdirilməsindən ibarətdir.
Yaxın Şərqdə sülh və stabillik İranla qarşıdurma olmadan mümkün deyil. Bunu Varşavada jurnalistlərə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”, – deyə o bildirib.
Netanyahu isə Varşavada baş tutan Yaxın Şərq konfransını tarixi dönüş anı adlandırıb. O, Pompeoya bu konfransı təşkil etdiyinə görə təşəkkür edib.
Soçidə Suriya üzrə Rusiya, Türkiyə və İran prezidentlərinin iştiraki ilə üçtərəfli görüşü keçirilib. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya konstitusiya komitəsinin yaradılması, Amerika qoşunlarının ölkədən planlaşdırılan çəkilməsini və kürd məsələsini müzakirə edəcəklər.
“Bu gün Soçidə Astana prosesinin təminatçı ölkə liderlərinin dördüncü sammitini keçiririk. Əminəm ki, biz Suriya Ərəb Respublikasında vəziyyətin normallaşmasına yeni impuls verə biləcəyik”, - görüşün başlanğıcında Putin deyib.
Astana formatı çərçivəsində keçirilən görüşdə iştirak üçün Rusiyanın Soçi şəhərində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Ərdoğan ABŞ-ın Suriyadan çəkilmə qərarını qarşıdakı ən böyük testlərdən biri adlandırıb.
Onun sözlərinə görə, qərarın necə həyata keçiriləcəyinə dair qeyri-müəyyənliklər hələ qalır.
“Bu yeni vəziyyət qarşısında birgə işləmək çox vacibdir. İstər PYD/YPG, istərsə də İŞİD – bütün terror növlərinin aradan qaldırılmasına yönəldilmiş bir hərəkət tərzini mənimsəməliyik. Suriyanın ərazi bütövlüyü Fəratın şərqi PYD-dən təmizləmədən əldə edilə bilməz”, - Türkiyə prezidenti bildirib.
Rusiya lideri isə Türkiyə ilə birlikdə Suriyada tərəflər arasındakı dialoqda irəliləyiş əldə edəcəklərinə əmin olduğunu deyib. Onun sözlərinə görə, Suriyadakı məqsədlərə aktiv, hərtərəfli iş və konsensus vasitəsilə çatmaq mümkündür.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropa partnyorlarını Vaşinqtonun nümunəsi üzrə İranla nüvə sazişindən çıxmağa çağırıb. O, bu haqda ABŞ və Polşanın Varşavada təşkil etdiyi Yaxın Şərq üzrə konfransda bildirib.
“Avropadan olan partnyorların bizimlə və İran xalqı ilə birlikdə olmağın vaxtı çatıb. Avropalı partnyorlar İranla nüvə sazişindən çıxsınlar və İrana iqtisadi və diplomatik təzyiqə qoşulsunlar. Bu, bütovlükdə İran xalqına, regiona və dünyaya təhlükəsizlik və azadlıq gətirərdi”, - vitse-prezident deyib.
Fevralın 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusuna hücum olub. Sistan və Bəlucistan əyalətində hərbi personalı daşıyan avtobus partladılıb. Terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Polşada ABŞ-ın rəhbərliyi altında İran əleyhinə keçirilən konfransla eyni gündə ölkənin cənub-şərqində teraktın baş verməsi təsadüfi ola bilməz. Bu sözləri Tvitter hesabında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Görünən odur ki, ABŞ hər zaman eyni səhvləri edir, ancaq fərqli nəticələr əldə etməyi gözləyir", - Zərif bildirib.
NATO üzrə müttəfiqlərimiz daha hərbi xərclərini azaltmayacaqlar. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO üzvləri və Kanada müdafiə xərclərini 2019-cu ilin sonuna qədər 100 milyard dollara qədər artıracaq:
“Artıq NATO üzrə müttəfiqlərimiz hərbi xərcləri artırırlar. 2016-cı ildən etibarən NATO-nun Avropadakı müttəfiqləri və Kanada müdafiə xərclərini 41 milyard dollar artırıb. 2020-ci ildə bu göstərici 100 milyard dollar olacaq. NATO üzvlərinin çoxu 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-lərinin 2%-i miqdarında artırmağı planlaşdırıb”.
Şərhlər