Avropanın Almaniyadan narahatlığı - TƏHLİL
12.08.2015 11:52 A-reaksiya 2314
Hər yay Cənubi Avropadakı turistik məkanlar dörd gözlə təyyarələr dolusu almanın tətil üçün gəlməsini gözləyər.
Amma bu il almanlarla ev sahibləri arasındakı görüşlər bir az çətinliklərlə keçdi. Giridde Knossos şəhərində tur rəhbəri Giorgios Papadopoulos Minos mədəniyyətinə aid anaerkil nizamı izah edərkən berlinli bir qonağa Alman maliyyə naziri ilə baş nazir arasındakı əlaqəni münasibəti soruşur: "Schäuble və Merkel arasındakı əlaqə nə vəziyyətdə?"
İyulda Yunanıstanla qurtarma planı mövzusunda edilən çətin müzakirələrdən sonra bir çox avropalı kimi tur rəhbəri də Avropa Birliyinə "hökmran olmağa" çalışdığını düşündüyü bir ölkədə işlərin necə yürüdüyünə maraq göstərirdi. Almanlar üçün ölkələrinin daxili siyasətinə kənardan böyük maraq duyulması yenidir və bu vəziyyət onları narahat edir. Super bir güc olaraq Amerika isə çöldən maraqlı gözlərə alışıb. Amma "Berlinology" nin yüksəlişi almanları qorxudur.
Onların Avropanın "lideri" (Almancada bu söz Führerə) olma kimi bir arzuları yoxdur. Almanlar, keçmişlərini göz önünə alaraq hökmran görünmək istəmirlər. Amma ümumiyyətlə elə edirlər.
13 İyulda keçirilən sammitdə Almaniya liderliyindəki “avro bölgəsi” ölkələrinin, daha qısa müddət əvvəl referendumda rədd edilməsinə baxmayaraq, Yunanıstanı üçüncü “xilas” paketi qarşılığında daha möhkəm islahat və daha çox qənaət etməyə məcbur etməsi də, bu mövzuda narahatlıqlara yol açtı.
Maliyyə naziri Wolfgang Schäuble Yunanıstanın "müvəqqəti" olaraq avrodan çıxarılmasını təklif etdi. Baş nazir Merkel də avro bölgəsi qaydalarının pozulması olacağını iddia edərək, Yunanıstanın borclarının silinməsinə qarşı çıxdı.
Almaniya bu addımlarla fikirlərini zəif üzvlərə qəbul etdirmək üçün maddi gücünü istifadə edən bir ölkə olaraq görülür. Buna dərhal reaksiya göstərildi.
Şərhçilər Alman zorbalığından gileylənməyə başladı. Sosial mediada, #ThisIsACoup (Bu bir zərbədir) və #BoycottGermany (Almaniyanı boykot et!) haştaqları yayılmağa başladı. Bəziləri da yenidən “Dördüncü İmperiya” ittihamı səsləndirdilər. Alman düşüncə quruluşu Qlobal Cəmiyyət Siyasəti İnstitutunun (GPPi) idarəçisi Thorsten Benner bunu "ictimai diplomatiya fəlakəti" adlandırdı.
"Almaniya avro bölgəsinin sərt, qəlbsiz, təslim olmaları üçün kiçik ölkələrə zorakılıq etməyə hazır bir hakimi olaraq görülür” deyən Bennerin narahatlıqları mübaliğəli ola bilər. Çünki hər əcnəbi Almaniyanın gücündən qorxmur.
Bu mövzuda mənfi görüşlər ən kəskin şəkildə Anglo-Amerika iqtisadçılarının qəribə ittifaqı və Yunanıstanda Syriza Partiyasına simpatiya duyan solçular arasında geniş yayılıb.
Fransanın “kəmər sıxma” siyasəti mövzusunda şübhələri olsa da, rəsmi Paris Aİ-nin "tandemi" olaraq Almaniyanın yanındakı mövqeyini davam etdirmək istəyir. İspan və Portuqaliya hökumətləri də özlərini qurtaran “kəmər sıxma” siyasəti mövzusunda Almaniyanın tərəfini tutdular. Şimali və Şərqi Avropa ölkələri də çox zaman almanlardan daha çox alman olub. Daha əvvəl öz büdcəsinə böyük ixtisarlar etmək məcburiyyətində qalan Baltik ölkələri, Slovakiya və Sloveniya da bu fikirdədir ki, yunanlar da eynisini etməlidir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra özünü təhdid altında görən Polşa da sonunda Almaniyanın daha iddialı rol oynamasını qəbul etdi. İngilislərin də çoxu o fikirdədir ki, Merkel Aİ-də islahatlara aparan addım atır.
Sözün qısası, Avropada Almaniya olmadan heç bir böhran həll edilə bilməz.
Buna baxmayaraq, alman nazirlər Almaniyanın hakimiyyətiylə əlaqədar iddialara başlarını şiddətlə yelləyərək cavab verirlər. Bir Almaniya rəsmisi 1950-ci illərdən bəri "Aİ-dəki bütün təşkilatların heç bir ölkənin suverenliyinə girməyəcək şəkildə tənzim edildiyini" bəyan edərək ölkəsini müdafiə etdi.
Almanlar Merkelin davamlı digər həmkarlarıyla uzlaşmaq məcburiyyətində qaldığını müşahidə edirlər. Fransa prezidenti Fransua Holland iyulun 13-də anlaşmaya vara bilmək üçün Almaniyanın Yunanıstanın avrodan çıxarılması təklifinə qarşı çıxmışdı.
Almanların güclü mərkəz bankası “Bundesbank” Avropa Mərkəzi Bankı İdarə Şurasında avro bölgəsinin digər ölkələri kimi tək bir səsə malikdir və ümumiyyətlə arzularını qəbul etdirməyi bacara bilməz. Öz vətəndaşlarına görə isə Almaniya bərabərləşdirir arasında birincidir. Çoxu Alman üçün bu vəziyyət aşinadır. İndi yaşananlar tarixçi Ludwig Dehio'nun, ölkənin ilk dəfə 1871-ci ildə birləşməsindən sonra etdiyi tərifi xatırladır: “Almaniya Avropada güc tarazlığı qurulması üçün çox böyük, hegemonluq etmək üçün isə çox kiçikdir. Almaniya öz nüfuzunu bütün qitəyə yaya bilmız, amma potensial təhlükə olaraq da çox güclüdür”.
1990-cı ildəki birləşmədən sonra bir çox alman tarixçi məhz bu tarixin təkrarlanmasından narahatlıqlarını dilə gətirdi.
Baş nazir Helmut Kol rəhbərliyində Almaniyanın ikinci dünya müharibəsindən sonrakı yenidən diriliş dövrü “postnasional cəmiyyət” qurulması dövrü kimi xarakterizə edilir.
Tomass Mann 1953-ci ildə ölkəsinə güvənsiz olan gəncləri “Alman Avropası üçün yox, Avropalı Almaniya üçün çalışmağa” səsləmişdi. 1980-ci ildə o vaxtın xarici işlər naziri Hans-Dietrich Genscher ölkəsinin Aİ-dən kənarda bir milli marağı olmadığını demişdi. Lakin bu ilin iyul sammitində, bir çoxlarına görə, Almaniya 50 ildə qazandığı etibarı 1 gecədə itirdi. Hətta bəzi sol-mərkəzçi qüvvələr “postnasionalizmdən sonrakı” dövrün gəldiyindən ehtiyatlandıqlarını bəyan etdilər.
Schäublenin “Avrozona”ya ortaq maliyyə naziri seçilməsi və ortaq büdcə yaradılması barədə tələbi heç onun mənsub olduğu xristian demokratlar düşərhəsində (CDU) də birmənalı qarşılanmır. Partiyadakı hər beş adamdan biri iyuldakı razılaşmaya qarşı çıxır.
Almaniya daxilində hökumətdən daha sərt addım tələb edənlər də var, məsələn Almaniyanın sammitdə zəif iradə göstərdiyini deyənlər var. Onların fikrincə, Almaniya öz iradəsini göstərsəydi, Yunanıstan “Avrozona”dan çıxacaqdı.
Həmçinin Avropanın siyasi dairələrində də narahatlıq səngimir. Almaniyanın güclənməsi onun söz sahibi kimi ortaya çıxmasına və qərarlara təsir etməsinə imkan yaradır. Bu isə iki dünya müharibəsini hələ unutmamış avropalıları qıcıqlandırmaya bilməz.
Şərhlər