Ərdoğan ABŞ-ı hədələdi - Türkiyə hərbi bazaları bağlaya bilər

17.12.2019 13:57     A-reaksiya     1981

Elçin Mirzəbəyli: “Proses domino effekti verə bilər”

“Əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq. İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəkçini bağlayacağıq”.

 Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalının efirində bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəkçidəki hərbi bazaları bağlayacaqlarını bildirmişdi.

Ekspertlər Türkiyə bu addımı atarsa, hər iki ölkə üçün sonuclarının nə ola biləcəyi barədə bəzi ehtimallar irəli sürür, fərqli mövqelər səsləndirirlər. Bunun rəsmi Ankara üçün böyük bir risk yaradacağı barədə də düşünənlər az deyil.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli əsəb müharibəsinin getdiyini qeyd etdi: “ABŞ Senatının Türkiyəyə qarşı sanksiyalarının tətbiqini və qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qanun layihələrini qəbul etməsi hansı məqsədi daşıyırsa, rəsmi Ankaranın İncirlik və Kurəci hərbi bazalarını bağlaya biləcəyi ilə bağlı xəbərdarlığı da eyni məqsədi daşıyır. Yəni ortalıqda nə beynəlxalq hüquqdan, nə NATO-nun Nizamnaməsindən, nə də ikitərəfli hərbi-siyasi əməkdaşlıqla bağlı müqavilələrdən irəli gələn məsələ yoxdur. Bu, əsəb müharibəsidir. İncirlik və Kürəkci hərbi bazalarının bağlana biləcəyi ilə bağlı xəbərdarlıqdan bir gün öncə Türkiyənin xarici işlər nazirinin ABŞ-dan ”Patriot" sistemlərini ala biləcəyi ilə bağlı açıqlaması olmuşdu. Bu açıqlama Ankaranın güzəşt sərhədini göstərirdi. İncirlik və Kürəkçi hərbi bazalarının bağlana biləcəyi ilə bağlı xəbərdarlıq isə prezident Donald Tramp hər iki qanuna veto qoymayacağı təqdirdə Türkiyənin hara qədər gedə biləcəyini göstərir. Ərdoğanın açıqlamasına Pentaqonun verdiyi reaksiya münasibətlərin yumşaldılması üçün dialoq qapısının hələ də açıq olduğunu göstərir. Pentaqon İncirlik və Kürəkci bazalarında öz hərbi mövcudluğunu “NATO çərçivəsində çoxillik əməkdaşlığın rəmzi” kimi dəyərləndirib və bu həm də o anlama gəlir ki, hərbi bazalar bağlanarsa Avroatlantik Alyans çərçivəsində əməkdaşlıqdan söhbət gedə bilməz. İncirlik ABŞ Hərbi Hava Qüvvələri üçün strateji baxımdan olduqca önəmli hərbi bazadır. Kürəkcidəki Radiolokasiya Stansiyası isə NATO-nun Avropadakı raket əleyhinə müdafiə sistemlərinin ən önəmli həlqələrindən biridir. Bu baxımdan, hər iki hərbi baza ABŞ və onun NATO üzrə müttəfiqləri üçün kifayət qədər strateji əhəmiyyət kəsb edir. Hazırda sərt ritorikanın davam etdirilməsi təkcə ABŞ-Türkiyə münasibətlərinə deyil, NATO-nun özünə də ciddi və bəlkə də sarsıdıcı zərbə vura bilər. Proses domino effekti verə bilər ki, bu da tərəflər üçün yaxşı perspektiv vəd etmir. Hesab edirəm ki, NATO üzvü olan Avropa dövlətləri də Türkiyə-ABŞ münasibətlərini yumşaltmaq üçün müəyyən addımlar atacaqlar".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “İncirlik və Ovacık əslində yanlış olaraq sırf ABŞ hərbi bazası kimi qəbul edilir. Bunun əsas səbəbi ötən əsrin 50-ci illərindən 2015-ci ilə qədər, soyuq müharibə dönəmi də daxil, sırf ABŞ tərəfindən istifadə edilməsi ilə bağlıdır. Amma bu bazaların quruluş hekayəsində ABŞ yox, bir NATO gücünün elementindən söz açılır. 1955-ci ildə açılan hərbi baza NATO və Birləşmiş Millətlərin standartlarına uyğun təsis edilib. 1980-ci il ABŞ-Türkiyə qarşılıqlı yardım və müdafiə müqaviləsinə görə isə ABŞ-a icarəyə verilib, amma NATO nizamnaməsinə uyğun qaydalarla... Müqavilə türk tərəfinin bazadakı tam haqlarını qəbul edir və onun müdafiəsini də sırf türk ordusu həyata keçirir. Hətta 2014-cü ildə İŞİD-ə qarşı buradan istifadə ilə bağlı Türkiyə könüllü olaraq ABŞ-a icazə verdi. 1974-cü ilin məşhur Kipr əməliyyatlarında türk tərəfi təktərəfli hərbi bazanın işini dayandırdı və faktiki, baza iflic duruma düşdü. Amma sırf bu addımlar bazadakı ABŞ güclərini əhatə edirdi, qəti olaraq NATO-nu deyil. Bu baxımdan ABŞ və NATO-nun Türkiyə ilə münasibətlərinə bir kontekstdə baxmaq mümkün deyil. Çünki NATO-da elə ölkələr var ki, ABŞ-ın israrına rəğmən öz maraqlarını güdürlər. Türkiyənin hərbi bazanı qapatma qərarının obyekti isə bütün NATO qüvvələri olacaq ki, bu da təşkilatın tarixində ən böyük daxili parçalanma yaradar və sözün tam mənasında hərbi bloku çatladar. Ona görə də hadisələrin bu həddə qədər inkişafı proqnoz edilə bilməz. Ərdoğan bu açıqlamaları ilə ABŞ-ın sinirlərinə toxunsa da, 13 ən böyük hərbi bazadan birinin o bölgədə alternativi çoxdur. Bu baxımdan Türkiyənin hazırkı manipulyasiyası ağıllı taktiki gedişdir”.

Reaksiya.az

Şərhlər