Azime Telli: "Azərbaycan enerji siyasətini uğurla davam etdirir" - ÖZƏL MÜSAHİBƏ

05.06.2015 18:10     A-reaksiya     3042

Türkiyə Ondokuz Mayıs Universiteti Alaçam MYO müəllimi, siyasət elmlər namizədi Azime Telli ilə Azərbaycan - Türkiyə enerji münasibətləri haqqında danışdıq.

 

-Sizcə, Azərbaycan - Türkiyə enerji siyasəti hal - hazırda hansı səviyyədədir?

-Türkiyə Və Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrin iki ölkə arasındakı əlaqələrdə iş birliyinin önə çıxması məsələsində xüsusi ilə önəm kəsb etməkdədir. Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin mənzərəsini iki ölkə arasındakı əlaqələrin demək olar ki, bütün sferalarında görmək mümkündür. Enerji siyasəti, əlbəttə, yalnız tarixi və mədəni bağlarla formalaşmır. Bu siyasət meydana gələrkən tərəflərin mənafelərinin də göz atmaq vacibdir. "Şərq-Qərb dəhlizi"nin, "Əsrin müqaviləsi" ilə açılmasıyla iki ölkənin enerji siyasəti bir-birinə bağlı hala gəldi, daha sonra BTƏ və son olaraq "Cənub Qaz Dəhlizi"nin kilidi olan TANAP layihəsi ilə bu asılılıq daha da dərinlik qazanmışdır. Enerji tələb edən ölkə mövqeyində olan Türkiyə baxımından Azərbaycanın təbii ehtiyatlarının ölkə enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyəti var. Türkiyə, Azərbaycan nefti baxımından ağırlıqlı olaraq transfer ölkəsi mövqeyində iştirak edərkən təbii qaz məsələsində tələb ölkəsi olmaqdan çıxıb Azərbaycan qazının Avropa bazarına çatdırılmasında transfer ölkəsi olma rolunu öz üzərinə götürəcək. BTƏ daxilində Yunanıstana təxminən iki il üçün Azərbaycan qazının ötürülməsi istisna olmaqla Türkiyə, TANAP ilə birlikdə Azərbaycan ilə olan enerji iş birliyinə yeni bir ölçü artıracaq. Digər tərəfdən, Azərbaycan üçün Türkiyə, həm etibarlı dəhliz olması, həm də Azərbaycan qazının ən böyük müştərisi olması baxımından böyük əhəmiyyətə malikdir. İki ölkə arasındakı enerji əlaqələri strateji iş birliyi ölçüsündə olub gələcəkdə bu iş birliyinin Xəzər hövzəsi ehtiyatlarının Avropa bazarına çatdırılmasına istiqamətli layihələrin (Trans-Xəzər və s.) həyata keçirilməsi ilə daha da inkişafı gözlənilir. Mənbə sahibi ölkə kimi Azərbaycan, enerji siyasətini bazar və transfer rotası növləri üzərində formalaşdırmaqdadır. Enerji təchizatı və transferində tək ölkəyə asılı olmanın yaradacağı risklərdən xilas olmağı hədəfləyən Azərbaycan üçün Türkiyə, həm etibarlı bir transfer rotası, həm də etibarlı bir bazar mənasını verməkdədir. ARDNŞ-nin, Türkiyədə neft-kimya sektoruna qoyduğu investisiyalar da iki ölkə arasındakı iş birliyinin davam edəcəyini göstərir. Türkiyə isə enerji ərazi təhlükəsizliyinin yanında gələcəkdə enerji mərkəzi (hub) olmağı qarşısına məqsəd qoymuşdur. Qonşularının sahib olduğu zəngin ehtiyatların enerji bazarına çatdırılmasında dəhliz ölkə olmanın oyun qurucu kimi söz sahibi olmaq istəyən Türkiyə baxımından Azərbaycan ehtiyatlarının transferi bu hədəfə gedən yolda əhəmiyyətli bir ünsürdür.

-Bölgədə baş verən hadisələr bu enerji siyasətinə və ümumi olaraq iki qardaş ölkənin əlaqələrinə necə təsir edir?

-Xəzər hövzəsi sahib olduğu enerji ehiyatları ilə yanaşı, geosiyasi mövqeyindən dolayı ilə də böyük güclərin maraq mərkəzi dairəsindədir. Dünyanın ən böyük enerji bazarları olan Avropa və Çin arasındakı mövqeyi ilə Xəzər ehtiyatlarının Qərbəmi, yoxsa Şərqəmi gedəcəyi tərəflər arasında əhəmiyyətli bir mübarizə mövzusu halına gəlmişdir. AB-nin enerji təchizatı təhlükəsizliyində Rusiyaya olan asılılığın yaratdığı riskin azaldılması baxımından Xəzər qaynaqlarının Qərbə çatdırılması əhəmiyyətlidir. Digər tərəfdən davamlı böyüyən iqtisadiyyatı ilə Çin artan enerji ehtiyacını alternativ qaynaqlarla qarşılamaq üçün bölgə qaynaqları ilə gedərək daha çox maraqlanmaqdadır. Bölgənin güclü ölkələri olan Rusiya və İranda yaşanan proseslər önümüzdəki günlərdə dünya enerji bazarında dəyişikliklər yaratma potensialı daşıyır. Rusiyanın Ukrayna böhranına görə tətbiq olunan sanksiyalar üzündən yaşadığı çətinliklər Cənub Axın Layihəsinin ləğv edilərək Türk Axını layihəsinin seçilməsinə səbəb olmuşdur. Bu kimi hallar Türkiyə-Rusiya enerji işbirliyinin bir addım da dərinləşməsinə səbəb olmuşdur. Ayrıca İranla nüvə müzakirələrin başa çatması qısa müddətdə İran enerji ehtiyatlarının enerji bazarına yenidən axması deməkdir. Ayrıca, Xəzərin statusu probleminin həllinə yönəlik cəhdlər nəticələnmə ehtimalının meydana çıxması Transxəzər layihəsini yenidən gündəmə gətirmişdir. Bölgədə yaşanan proseslər hələlik Türkiyə-Azərbaycan enerji iş birliyi üzərində təsir yaratmamaqla bərabər Türkiyənin gələcəkdə İran və Türkmən qazına yönəlməsi, Rusiyadan daha çox qaz alması ehtimalları Azərbaycan tərəfindən yaxından təqib edilməkdədir. Çünki, Türkiyə Azərbaycan qazının ən böyük bazarıdır.

-Sizcə,Rusya-Türkiyə əlaqələri kontekstində Türkiyə dövlətinin Türkiyə-Azərbaycan əlaqələrinə baxış bucağı necədir?

-Türkiyə baxımından Azərbaycan, qardaş dövlət olub Azərbaycanın maraqları Türkiyənin maraqları kimi qəbul edilməkdədir. Türkiyə, Dağlıq Qarabağ Probleminin həlli məsələsində Azərbaycana tam dəstək verməkdədir. Dağlıq Qarabağ Problemi həll edilmədən Ermənistan ilə diplomatik əlaqə qurmağı qəbul etməyən Türkiyə, Rusiya qarşısında Azərbaycan baxımından tarazlıq ünsürüdür. Rusiya ilə Türkiyə arasındakı əlaqələrdə erməni məsələsi və iddiaları həssas bir nöqtə olmaqla birlikdə tərəflər arasında iqtisadi işbirliyi gedərək böyüməkdədir. Ancaq Türkiyənin Rusiya ilə olan yaxınlaşması Rusiyaya, Azərbaycan mövzusunda güzəştə getməsi mənasına gəlməməlidir.

-Neftlə əlaqədar son aylarda yaşananlar Türkiyəyə necə təsir etdi? Türkiyə hazırda seçki prosesinə hazırlaşır. Bu seçkidən sonra sizcə iki qardaş ölkə arasındakı əlaqələr necə davam edəcək?

-Dünya neft bazarında ciddi qiymətinin düşməsi Türkiyə kimi 90% neft idxalından asılı bir ölkə üçün iqtisadi mənada müsbət təsir yaratmışdır. Xam neftin qiymətinin düşməsi ölkənin cari açığının yaxşılaşması mənasında müsbət amildir. Neft qiymətindəki enişin təbii qaz qiymətlərinə də təsir edəcəyini göz önünə gətirdiyimiz zaman bu da bir digər müsbət təsirdir. Türkiyədə önümüzdəki bazar günü 25 - ci dəfə parlament seçkiləri keçiriləcək. Seçki qutusundan çıxan nəticə nə olursa olsun, Türkiyə-Azərbaycan əlaqələrində ciddi bir qırılmanın yaşanması mümkün deyil. İki ölkə arasındakı soydaşlıq bağı ilə bərabər eyni zamanda iki ölkənin dövlət siyasətini göz önünə gətirdiyimiz zaman seçki nəticələrinin ikitərəfli münasibətlərin inkişafında müsbət təsiri olması gözlənilmir. Bu əlaqələrin xaricində tərəflər arasında uzun müddətli enerji müqavilələrinin olması və bunun yaratdığı qarşılıqlı asılılıq vəziyyəti də bu təsbiti dəstəkləyəcəkdir.

 

Söhbətləşdi: Oktay Hacımusalı

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar