"Üzdəniraq vasitəçilərin yalançı xidmətlərindən imtina etməli, onları birdəfəlik rədd etməiyik"
12.06.2020 12:51 A-reaksiya 1630
Qarabağ Azadlıq Təşkilatı (QAT) işğalçı Ermənistanın Dağlıq Qarabağa düşmən ölkədən üçüncü magistral yol çəkməsi ilə bağlı bəyanat verib.
Bəyanatda ermənilərin bütün həyasız addımlarının qarşısının müharibə ilə alınması tələb edilir: “ Ermənistan həyasız mövqeyindən geri çəkilmir, hər cür yolla Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya təqdim etməyə, dünyada yanlış ictimai rəy yaratmağa çalıışır. Bir müddət əvvəl təşkil etdikləri “adniçmə” şousu, indi “yolçəkmə” oyunbazlığı da həmin məqsədə xidmət edir. Avropa İttifaqının region üzrə məruzəçiləri birgə bəyanatla bu məsələyə münasibət bildiriblər, Ermənistanın hərəkətlərini qınayıblar və münaqişənin “Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində” həllinin vacibliyini qeyd ediblər. Bu, müsbət hadisə kimi qiymətləndirilə bilər. Amma biz artıq bu cür kağız üzərində qalan bəyanatlarla kifayətlənə bilmərik. Beynəlxalq təşkilatlar bizə mənasız kağız bəyanatlar göndərir, ermənilərə isə bütün işğalçı və ilhaqçı hərəkətləri üçün geniş şərait yaradırlar. Beynəlxalq qurumların, üzdəniraq vasitəçilərin yalançı xidmətlərindən imtina etməli, onları birdəfəlik rədd etməiyik.
Azərbaycan xarici işlər nazirliyi də məsələ ilə bağlı açıqlama ilə çıxış etdi, “işğalçı ölkənin bu əməllərinə görə gec-tez cavab verəcəyini” bildirdi. Bizim artıq “gec-tezi” gözləməyə vaxtımız yoxdur, bu cür mənasız ifadələrlə xalqı aldatmağa son qoyulmalıdır. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq işğalçı Ermənistana qarşı dərhal müharibənin başlamasını tələb edirik. Hakimiyət ya müharibəni başlamalı, ya da istefa verməlidir. Başqa yolu yoxdur! Ya Qarabağ, ya ölüm!”
Şərhlər