Şeytanla ALVER olmaz

29.06.2020 14:55     A-reaksiya     3745

Artıq hər şey kimi insanların “SEVİNCİ” və özəlliklə “KƏDƏRİ” də virtuallaşıb.

Özəlliklə Whatsapp statusları başlı - başına elmi tezis mövzusudur.

Məzarlıqdan, dəfndən və mərasim evindən selfilər, son anını yaşayan insanların can vermə videoları, ölənə yönəlik şəxsi gözyaşları və dualar vs.

“Sevincin” paylaşımını(share) anlamaq olar lakin “kədərin” paylaşılması qəbul edilməzdir. Axı “sevinc” paylaşıldıqca artır, “kədər”isə paylaşıldıqca AZALIR!

Niyə “dərsizlikdən” bu qədər qorxub, qaçar olduq!? Müqəddəs kitabımız belə hüzünlə oxunur. Çünki “hüzün” İNSAN olmanın QİDASIDIR. Nə deyir üləma; yüksək düşüncə və sənətin TƏMƏLİNDƏ, KÖKÜNDƏ hüzün, kədər vardır. Çünki, hərşeyin başında AYRILIQ durmaqdadır. Ayrılığı FƏRQ edən insan şüurunun HÜZÜNDƏN başqa göstərəcəyi bir təpki, bir reaksiya olmaz, ola bilməz!

Niyə bu qədər dəyərli bir şeyi whatsapplara, fb-lərə, instagramlara UCUZ şəkildə qurban veririk!?

Yoxsa S. Freud-un dili ilə desək, “Matəm”, yaşayan insanların, ölülərə yönəlik, sadəcə XATİRƏ və GÖZLƏNTİLƏRİNİN yerinə keçən bir tədbirdirmidir!? Bu tədbiri yerinə yetirməklə acı və ağrılarımız azaltırıqmı!? Və ən əsası bu tədbirlə, “peşmançılıq” və “günahkar” olma hissimiz ölürmü!? Freud deyirsinizsə davam edin paylaşımlarla o, insani duyğunu İSTİSMAR etməyə, əksinə, ən üstəki yanaşmaya inanırsınızsa insafınız olsun, heç KƏDƏR şeyr(share) olunar!?

Və sonda müdriklər deyir ki, həm ADAM olub həm də KAPİTALİST olmaq mümkünsüzdür. Çünki, şeytanla ALVER olmaz, yapılmaz!

Rəvan Şirvan

 

Reaksiya.az

Şərhlər