Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi təyin etdi
10.09.2020 16:04 A-reaksiya 1387
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
Reaksiya.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub.
Şərhlər