Şərqi Aralıq dənizinin təbii qazı Avropaya necə çatacaq? - EKSPERT RƏYİ
13.08.2015 16:34 A-reaksiya 2531
Misir, Yunanıstan və Cənubi Kipr Rum Rəhbərliyi arasında reallaşacaq üçlü zirvəyə və enerji layihələri ilə bağlı mətbuata açıqlama verən Türkiyəli politoloq Tolga Dəmiryol həmin zirvə toplantısında əhəmiyyətli razılaşmaların əldə edilə biləcəyini bildirilib.
Görüşdəki əsl məqsədin Avropaya enerji ixrac etmək olduğunu ifadə edən Dəmiryol haqqqında danışılan layihələr barəsində bunları deyib:
"Ortaya atılan layihələrdən biri Şərqi Aralıq dənizi Boru Xətti layihəsidir. Çox uzun bir boru xətti olduğundan, bunun xərci çox yüksəkdir, buna görə də bu mərhələdə bir həqiqət olaraq qəbul edilmir. Bir digər layihə isə təbii qazı maye hala gətirib tankerlər vasitəsilə Avropaya çatdırmaq üstündə qurulub. Bunun üçün bir sıra cəhdlər edilib. Cənubi Kiprdəki Vasilikosa mayeləşdirilmiş təbii qaz stansiyası inşa edilməsi daha realdır".
Demiryol'un verdiyi məlumata görə, üçüncü variant isə İsrail təbii qazının dənizin altından keçəcək bir boru xətti ilə Türkiyə üzərindən Avropa bazarına çatdırılmasıdır. Lakin Demiryol hesab edir ki, bu variantın müxtəlif siyasi problemlər ucbatından həyata keçirilməsi çox çətindir.
"Kipr və İsrail təbii qazının Misirdə olan mayeləşdirilmiş təbii qaz bazalarına göndərilməsi və buradan dünya bazarlarına ixrac edilməsi mümkündür" - deyən Dəmiryol, bu planın Türkiyəni hadisələrdən kənarda qoyduğunu və beləcə bir tənhalaşdırmaq hissi yaratdığını qeyd edib.
Şərhlər