Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq - Xoyskinin nəvəsi

30.09.2020 12:55     A-reaksiya     827

“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”.
 
Reaksiya.az bildirir ki, bunu Report-un Türkiyə bürosuna açıqlamasında Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.
 
“Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sıra ilə məlumat verirlər ki, çox sevinirəm.
 
Qulağım bir qədər zəif eşidir, ona görə də televizora yaxın otururam. Onlara deyirəm ki, hər şey yaxşı olacaq, heç narahat olmasınlar. Azərbaycan oğulları ilə fəxr edirəm və Azərbaycan əsgəri üçün bütün günü dua edirəm. Artıq torpaqlarımızın bir hissəsi geri alınıb.
 
Azərbaycan əsgərləri dayanmadan irəli getsinlər. Hiss edirəm ki, nəhayət, Qarabağa getməyə hazırlaşa bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların qanı yerdə qalmayacaq”, - Leyla xan Xoyski bildirib.
 
Qeyd edək ki, Leyla xan Xoyski Türkiyədə yaşayır. 
 

Şərhlər