ABŞ-İsrail əlaqələrində yeni mərhələ? - TƏHLİL
14.08.2015 11:15 A-reaksiya 2518
İsrail İran və ABŞ arasındakı nüvə razılaşmasına qarşı çıxdıqda Obama İsrailin bu etirazda yalnız olduğunu deyir. Amerika liderinin İranla olan razılığa əsasən Fələstin məsələsini də qabardacağı durumda İsrailin yeni problemlərlə qarşılaşacağı ehtimal olunur.
Obamanın 6 avqustda Vaşinqton universitetindəki çıxışı ABŞ-İrail əlaqələrində yeni mərhələnın başladığına işarədir. Həmin mühit Obamanın İran ilə razılıq əldə etmə uğurunu keçmiş prezident Con Kennedinin 50 il əvvəl nüvə əsrində diplomatiya çağırışı ilə əlaqələndirmək üçün xüsusi olaraq seçilmişdi. Obamanın razılaşmanı mərdliklə müdafiə etməsi təbii ki, vacibdir, amma prezidentin çıxışını ABŞ-İsrail əlaqələri baxımından bir dönüş nöqtəsi- Avropa Birliyi-İsrail ittifaqını müdafiə edənlərin başını ağrıdacaq bir hadisə halına gətirən səbəb bu deyil.
Amerika prezidentlərinin iki müttəfiq ölkə arasından sus keçmədiyini rahatlıqla dediyi günlər geridə qalıb. İran məsələsindəki anlaşılmazlıq sahib olduqları qiymətləndirmələr mövzusunda İsraillə ABŞ arasında bağlanacaqmış kimi görünməyən bir yuva açıb.
Vaşinqton universitetindəki çıxışında Obama “Bu indiyə qədər müzakirə olunan ən güclü silahsızlaşma razılığıdır. Buna görə də İsraildən başqa bütün ölkələr bu razılığı dəstəkləyir.” deyə bildirib.
Bu vəziyyətdə geri addım atmayan İsrailin baş naziri Binyamin Netanyahu isə Konqresi prezidentə qarşı qoymaq üçün kampaniya aparır. Üstəlik bunu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında səs çoxluğu ilə qəbul olunduğunda edir. Beləliklə, İsrailin Obamaya qarşı apardığı kampaniya ABŞ-İsrail əlaqələrini daha da pisləşdirir.
Gedərək artan bu soyuqluğun nəticələri indilik bəlli olmasa da, İranın nüvə proqramı məsələsindən daha geniş əhatəli olacağı məlumdur.
İndi İsrailin təhlükəyə atdığı ABŞ-İsrail strateji müttəfiqliyi İordaniyada 1970-ci ilin sentyabrından 1971-ci ilin iyuluna qədər baş verən “ Qara sentyabr” kimi tarixə düşən daxili müharibə zamanı yarandı. O zaman sürgündəki Fələstin Qurtuluş Təşkilatı İordaniyaya qarşı mübarizə apararkən İsrail də Suriyanın iordaniyanı işğal etməyinə mane oldu.
ABŞ-İsrail əlaqələri Misir prezidenti Camal Əbdül Nasirin 1967-ci ilin iyunundakı “ Altı gün müharibəsi”də aldığı məğlubiyyət sonrasında qurulan münasibətlərdən sonra inkişaf etdi. İttifaqın ən mühim səbəblərindən biri ABŞ-ın İsrailin hərbi üstünlüyünü qoruma sözü verməsi idi. Bu yöndə ilk addım 1968-ci ildə ABŞ-ın F-4 Fantom döyüş təyyarəsi təmin etməklə bağlı İsraillə razılaşması ilə atılmış oldu. F-4 Fantom o zaman qərbin ən yaxşı döyüş təyyarəsi idi.
Vaşinqtonun İsrailin şərti üstünlüyünü hər cür bölgə təhdidinə qarşı qoruması qarşılığında İsrail də sayının 200-dən çox olduğu bildirilən, müasirləşdirilib hazır saxlanılan, ancaq mövcudluğu açıqlanmayan nüvə bombalarını olduqları yerdən çıxarmamağa söz verdi.
Qəribədir ki, Amerikanın İranın nüvə silahı arxasınca qaçmaqda zorla imtina etməyi bacarmasını dolayısı ilə təşkil edən İsrailin İran qarşısındakı davranışı oldu.
Və eyni zamanda inanılmaz olan Netanyahunun bu uğurdan faydalanmaq variantını seçməməsi idi. Əslində israilli lider “hə”sini cavab olaraq qəbul etməyi rədd edir. Netanyahunun bəlkə də ən populyar rəqiblərinin idarəşiliyindəki bir İsrailin İranın nüvə məsələsinə dair heç bir diplomatik həll ilə maraqlanmadığı bəllidir. Bunun əvəzinə İranı daim məhdudlaşdırmaq, sanksiya və təcrid etmək kampaniyasını üstün tuturlar. İranın bölgədəki gücünü nəzarət altına alıb zəiflətmək onlar üçün Tehranın nüvə işlərinin yaratdığı kiçik əhatəli təhdiddən daha önəmlidir.
İranın nüvə proqramını dayandırmaq üçün göstərilən beynəlxalq əlaqə necə israilin son on ildəki bölgədəki təhlükəsizlik gündəmini təyin etmə gücünün altından xətt çəkdisə, Netahyahunun bu marağın altını qazmaq məqsədilə apardığı kampaniya da eyni nəticəni verəcək.
Obama Vaşinqton universitetindəki çıxışda bu yarışda qazananın kim olacağını belə ifadə etdi: “ Qiymətli bir dost və müttəfiq ilə keçici bir anlaşılmazlıq yaşanır deyə düz bildiyim hərəkətin əksinə hərəkət etmək ABŞ prezidenti olaraq konstitusion vəzifəmi sui-istifadə etmək olar. Bunun ABŞ üçün də, İsrail üçün də düzgün bir hərəkət olmaz deyə düşünürəm.”deyib. ABŞ rəhbəri İsrailin şərti üstünlüyünü- yəni böyük tərif yağdırılaraq bəhs edilən hərbi üstünlüyü qoruma sözünün mövcud anlaşılmazlıqlara baxmayaraq qüvvədə qalacağını açıq şəkildə ifadə edir. Ancaq hazırda ABŞ ilə İsrail arasındakı anlaşılmazlığı ifadə edən strateji gərginlik ümumi mənada Vaşinqton- Təl-Əviv əlaqələrinə mütləq təsir edəcək. Bu gərginliyə cavab verməyin asan yolu İsrailə normaldan daha çox yeni amerikan silah sistemləri göndərməkdir. Lakin istənilən halda bu, əvvəlki münasibətləri bərpa etməyəcək.
Digər tərəfdən bu bir həqiqətdir ki, Obamanın İran razılığına dəstəyi Tehranın nüvə doktrinasına təsir edə bildiyi kimi İsrailin nüvə qayğılarına da təsir edir.
İran razılığından sonra İsrailin gizli nüvə tutumuna qarşı beynəlxalq etirazlar və Orta Şərqdə nüvə silahlarından təmizlənmiş bir bölgə çağırışları arta bilər.
Həmçinin İran razılığı İsraildə də ölkənin nüvə doktrinasının yeni inkişaf edən bölgədə sabitlik kontekstində nəzər salınması ilə əlaqədar müzakirələri yenidən canlandıracaq. Hətta bəziləri İsrailin artıq bombaları yerin altından çıxarmağının vaxtının gəldiyini deyəcək.
Vaşinqton cəbhəsində Amerikanın liderliyinin əsaslarını silahlı qarşıdurma əvəzinə diplomatikanın qabardılmasına bağlayan və bu mövzuda İsrailin təhlükəsizlik şərtlərini də yaxşılaşdıracağını düşündüyü bir müqaviləyə imza atan prezident Obamanın buradan çıxarılan nəticələri uzun müddətdir həll olunmayan İsrail-Fələstin məsələsində də tətbiq etmək istəməsi ehtimal olunur.
Netanyahunun və İsrailin problemləri hələ indi başlayır.
Cefrey Aronson, Dünya Bankının keçmiş məsləhətçisi və Avropa Birliyinin İordan və Qəzzədəki Fələstin Polis Dəstəyi Koordinasiya Ofisinin işçisi
Şərhlər