Paşinyanın “güzəşt” hiyləsi: növbəti dəhşətli səhv etdi - Şərh

07.10.2020 15:11     A-reaksiya     666

Nikol Paşinyanın “biz güzəştə hazırıq” deməsi söz oyunudur. Güzəştə hazır olan ölkə “Qarabağ Ermənistandır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib” ifadəsini işlətməz. Digər tərəfdən, bu gün Azərbaycanın Ermənistanın güzəştinə ehtiyacı yoxdur.

Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın BBC-yə müsahibəsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan BBC əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalıb:

“Nikol Paşinyanın BBC-yə müsahibəsini izlədim və deyə bilərəm ki, onun özünə yaraşan bir müsahibə oldu. Ümumiyyətlə, düşünürəm ki, Paşinyan xarici ölkə mətbuatına müsahibə verməkdən qorxur. Nikolun hakimiyyətə gəldiyi gündən bəri az qala bütün müsahibələrini izləmişəm, lakin bunların birinə belə məntiqli, real faktlarla əsaslanan cavab verdiyini görməmişəm.

Paşinyanın siyasi savadı olmadığını isə artıq neçənci dəfədir əyani surətdə görürük. Nikolun jurnalist təcrübəsi də yoxdur. Çünki savadlı bir jurnalist ən azından ona veriləcək sualı öncədən təxmin etməli, çıxışını, cavablarını buna görə təyin etməlidir”.

Politoloqun sözlərinə görə, Paşinyan “Qarabağ Ermənistandır” deməklə, bir daha çox ciddi siyasi səhvə yol verdi:

“Məsələ ondadır ki, bu gün Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları birmənalı olaraq Ordumuzun üstünlüyü ilə davam edir. Cənab Prezidentin müntəzəm olaraq rəsmi Tvitter hesabından paylaşımları da bunu təsdiqləyir. Azərbaycanın müharibəni davam etdirmək üçün kifayət qədər resursu var, lakin Ermənistan üçün bunu deyə bilmərik. Məsələ ondadır ki, Ermənistanın müharibəni bir neçə ay belə aparmaq üçün imkanı yoxdur. Erməni diasporunun və xarici havadarlarının dəstəyindən asılı olan bu ölkə aciz və zəif bir vəziyyətdədir”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar