Son 200 ildə millətimiz üçün yeganə şans yaranıb ki... - Elşad Musayev
07.10.2020 16:10 A-reaksiya 708
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə gedə bilər, amma Azərbaycan da buna hazırdırsa”, deyən Paşinyan bu fikirlə diqqəti yayındırmağa çalışır. Bəs Bu gün Azərbaycan hansı mövqedədir?..
Azərbaycanın kompromis limiti çoxdan bitib, heç bir kompromisdən söhbət gedə bilməz - deyə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Reaksiya.az -a bildirib.
Son 200 ildə millətimiz üçün yeganə şans yaranıb ki, erməniləri ərazilərimizdən birdəfəlik qovaq. Bu millət içimizə daxil olan gündən təfriqə, təxribat, hər cür xainlik və qırğın törədib.
İlanın ağına da, qarasına da lənət!
Elşad Musayev qeyd edib ki,qərarlı surətdə ilkin olaraq Qarabağı, sonra da İrəvanı, Zəngəzuru, Göyçəni, Lori-Pəmbəyi, Ağbabanı və digər işğal altındakı ərazilərimizi bu şər çetesindən qurtaramalıyıq.
Kim də fransız Makron kimi, erməniləri sevir, zəhmət çəksin öz ərazisində onlara muxtariyyət versin.
Yeni dünya düzənində bu bölgədə ermənilərə yer və rol verilməməlidir və verilməyəcək. Çünki onlar bu bölgəyə gəldikləri gündən bölgənin hüzurunu pozurlar.
Milli Ordumuz qəhrəmancasına millətimizin yeni şərəfli tarixini yazır. Düşmən oğursaq tülkü kimi əsgərlərimizin qorxusundan pərən- pərən düşüb qaçır, xeyli hissəsi ağ bayraq qaldırıb əsir düşür. Yaxında tam təslim olacaqlar.
Xalqımızın bir istəyi var:
Qələbə, qələbə, qələbə!!!
Şərhlər