Gürcü mediası İlham Əliyevin müsahibəsinə geniş yer verdi
11.10.2020 08:25 A-reaksiya 598
Gürcüstanın nüfuzlu report.ge informasiya agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalına müsahibəsindən materiallar yayıb.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, rus, ingilis və gürcü dillərində yayımlanan xəbərdə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistanın bu problemin həllindəki qeyri-konstruktiv mövqeyi barədə fikirləri yer alıb.
Materialda deyilir: “Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi. Onlar Dağlıq Qarabağın ətrafında olan yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir”.
Qeyd olunur ki, təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Materialda dövlətimizin başçısının sözlərindən sitat gətirilərək vurğulanır: Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün - azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik zəmanətlərini təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik
Şərhlər