“Gecəyarı hücum o deməkdir ki, ermənilər qəti dayanmaq istəmir”

11.10.2020 12:40     A-reaksiya     863

“Ermənilərə və onların havadarlarına başa salmaq lazımdır ki, onlar işğal altında olan torpaqlardan mütləq çıxarılmalıdır. Əks təqdirdə regionda vəziyyət həmişə gərgin olaraq qalacaq və burada hər hansı sülhdən söhbət gedə bilməz”.

Reaksiya.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya millət vəkili Naqif Həmzəyev bildirib. 

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin məqsədi regiona sülhü gətirməkdir: “Sülhün dəstək açarı isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Dünən humanitar atəşkəs elan olunandan sonra əsirlər dəyişdirilməli idi, lakin ermənilər heç saat 12.00-dan sonra da atəşkəsə əməl etmədilər. Çox təəssüflər olsun ki, döyüş xəbərlərini eşitdik. Onların məkrli hücumlarının qarşısı bizim məğrur, rəşadətli əsgərlərimiz tərəfindən alındı. Əks təqdirdə onlar Hadrutu geri qaytarmaq istəyirdilər. Gecəyarı onların Gəncəyə hücumları o deməkdir ki, ermənilər qətiyyən dayanmaq istəmir. Onlar yalnız və yalnız vaxt almaq üçün, yenidən güclənmək üçün bu atəşkəsi istəyiblər. Ali Baş Komandan bilir ki, bunun necə qarşısını almaq lazımdır. Biz də onun ətrafında sıx birləşmişik və qısa müddətdə torpaqlarımızı geri qaytaracağıq”. 

N. Həmzəyev həmçinin bildirib ki, ermənilərin mülki əhalini atəşə tutması nəticəsində yaralananlar arasında uşaqlar da var: “Onlara tibbi yardım göstərilib. Təəssüf ki, vəfat edənlər də var. Yəqin ki, uçqunun altından sağ çıxanlar da olacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar