Vəziyyətin bu həddə gəlib çatmasında Rusiya təqsirkardır - Politoloq
13.10.2020 13:07 A-reaksiya 633
Rusiyanın Ermənistanı hər vasitə ilə silahlandırdığını nəzərə alsaq, həlak olan hər vətəndaşımıza görə rəsmi İrəvanla yanaşı, Kremlin də məsuliyyət daşıdığı iddia oluna bilərmi?
Politoloq Qabil Hüseynli bu yanaşmanın tamamilə məntiqli olduğunu qeyd etdi:
“90-cı illərdə ermənilər bu torpaqları işğal edən zaman o zamankı qarışıqlıqdan istifadə etdilər. Həmin vaxt rus qoşunları da onlara kömək etdi. Proseslərdə Xocalıda 366-cı motoatıcı diviziya, o cümlədən Gümrüdəki 102-ci diviziya iştirak edirdi. 102-ci diviziyanın sabiq komandiri Stavropolda yaşayır. O, “Stavropolskaya pravda” qəzetinə verdiyi açıqlamada ermənilər haqqında deyir:
“Ermənilər çox alçaq adamlardır. Onlar bizim kürəyimizin arxasında gizlənərək Qarabağ ətrafındakı böyük əraziləri işğal etdilər. Mən ordudan tərxis olunub Sravropola qayıdanda gözlərimə inanmadım. Biz orada ermənilər üçün torpaq davası apararkən, onlar bura gəlib yerləşmiş, bizim vilayətin ən səfalı yerlərində özlərinə gözəl şərait yaradıblar. Onlar insanlıqdan uzaq adamlardır”.
O zaman ermənilər rus ordusunun köməyi ilə Qarabağın işğalını gerçəkləşdirdilər. Indi isə Moskvaya atəşkəs danışıqlarına gedən Ermənistan XİN-nin rəhbəri geri qayıdan zaman mindiyi təyyarəni ən müasir silahlarla doldurur. Rusiya bir aydan çoxdur ki, Ermənistana müasir silahlar göndərir. Əvvəllər bu silahlar karqo vasitəsi ilə, yük təyyarələri ilə göndərilsə də, indi bunu mülki təyyarələrlə həyata keçirir. Bölgədəki vəziyyətin bu həddə gəlib çatmasında Rusiya önəmli dərəcədə təqsirkardır”.(Moderator)
Şərhlər