"ABŞ İŞİD-dən istifadə edir"

15.08.2015 11:58     A-reaksiya     2834

Hizbullah lideri Şeyx Həsən Nəsrullah deyib ki, ABŞ Suriya və İraqı parçalamaq üçün terror təşkilatı olan İŞİD-dən istifadə edir. O, ABŞ-ın İŞİD-ə qarşı müharibə məsələsində ciddi olmadığını qeyd edib.

Reaksiya.az xəbər verir ki, Nəsrullah bu fikirlərini İsrail-Livan müharibəsinin başa çatmasının ildönümü münasibətilə Vadi əl-Hüceyr bölgəsində keçirilən mərasimdə çıxışı zamanı bildirib. 

Nəsrullah İsrail və Səudiyyə Ərəbistanı əməkdaşlığından danışıb və vurğulayıb ki,  ABŞ İŞİD vasitəsilə regionun yeni xəritəsini çəkməyə, bir sıra dövlət quruluşlarını devirməyə çalışır.

Nəsrullah  Livandakı fərqli hərbi qruplaşmaları siyasi böhranı həll etmək üçün tərəfdaşlıq etməyə dəvət edib.

BMT-nin məlumatlarına görə, 2006-cı ilin iyul ayında Hizbullah ilə İsrail arasında baş verən müharibədə 1200 livanlı, 160 israilli qətlə yetirilib.

 

Şərhlər

Çox oxunanlar