Qarabağın azadlığına sayılı günlər: Ordumuz yaxın zamanlarda... - Hərbi ekspert

02.11.2020 20:17     A-reaksiya     4748

Hazırda Ordumuzun həm Cənub, həm Qərb, həm də Şimal istiqamətindən hücumları davam edir.

Bu sözləri Reaksiya.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

"Bir neçə saat əvvəl Prezident İlham Əliyev daha 8 kəndin işğaldan azad edilməsi haqda məlumat verdi. Bunlar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının kəndləridir. Azərbaycan ordusu plan əsasında rayonları, şəhərləri və kəndləri işğaldan azad edə-edə gedir.  İndiyə qədər Ağdamla bağlı məlumat yox idi, amma artıq məlumatlar gəlməyə başlayıb.  Sentyabrın 27-də biz düşmənin hücumunun qarşısını alarkən sadəcə bir neçə istiqamətlərdən əks hücuma başladıq. Lakin indi vəziyyətə uğun olaraq, Azərbaycan ordusu bütün döyüş bölgəsi üzrə hərbi əməliyyatlar aparır.

Hamı Şuşa və Laçınla bağlı xəbər eşitmək istəyir. Bu, anlaşılandır. Amma tələsmək lazım deyil. Azərbaycan ordusu verilən tapşırığı uğurla yerirə yetirir. İnanıram ki, həmin yaşayış məntəqələri ilə də bağlı yaxın günlərdə məlumat alacağıq", - deyə o bildirib.

Ekspert müharibənin müddəti haqqında da danışıb:

“Hər şey döyüşlərdən asılı olacaq, konkret vaxt deyə bilmərəm. Müharibə bir gün də davam edə bilər, 10 gün də. Amma yəqin ki, Azərbaycan ordusu bu məsələni bir ay daha uzatmaq fikrində deyil. Əgər əsas iş görülübsə, məntiq onu deməyə əsas verir ki, noyabr ayında Azərbaycan ordusu bütün döyüş əməliyyatlarını bitirəcək. Əslində düşmənin artıq müqavimət göstərmək üçün gücü də qalmayıb. Çünki düşmənin silah-sursatı çatmır, ərzaqı da bitmək üzrədir. Mühasirə vəziyyətindədir, yanacaq-sürtkü materialları da yoxdur. Ona görə də düşmən ya məhv ediləcək, ya da ərazilərimizdən çəkilməyə məcbur olacaq. Başqa yolu qalmayıb. Buütün bunları nəzərə alaraq deyəyə bilərəm ki, yaxın günlərdə döyüş əməliyyatları yekunlaşacaq. Çünki Qarabağ ətrafı yaşayış məntəqələri azad edilib. Əsas məsələ Qarabağın özü ilə, Şuşa, Xankəndinin azad olunmasıdır. Onu da yaxın günlərdə biz görəcəyik".

Hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun və keçmiş Baş Nazir Bineli Yıldırımın Azərbaycana səfəri ilə bağlı da münasibət bildirib:

"Bildiyimiz kimi Türkiyənin özünün də daxili və xarici çox vacib işləri var. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər nə olursa, olsun Azərbaycandan bir addımda olsa kənarda qalmayacağını deməsi çox mühüm bir mesajdır.  Həm Mövlud Çavuşoğlunun, həm Bineli Yıldırımın Azərbaycana səfəri Azərbaycanın heç vaxt tək qalmayacağını, istər hərbi, istərsə də diplomatik savaşda Türkiyənin Azərbaycanın yanında olmasına sübutdur. Binəli Yıldırım həm keçmiş Baş nazir, həm də Türkiyə Parlamentində təmsil olunan bir şəxs olaraq Azərbaycana səfəri sıradan səfər deyil. Kifayət qədər təcrübəsi və savadı olan insandır. Bildiyimiz kimi Prezident İlham Əliyev də Bineli Yıldırımı qəbul edib. Ona görə də mən düşünürəm ki, Binəli Yıldırımın Azərbaycana səfəri xoş müjdələrin yaxın günlərdə olması ilə bağlıdır. Və biz o gözəl xəbərləri yaxın günlərdə eşidəcəyik".

Nübar Lətifli

Reaksiya.az

Şərhlər