İran Bərzaniyə dərs vermək istəyir
15.08.2015 11:54 A-reaksiya 2556
Bərzaninin rəhbəri olduğu Kürdüstan Demokrat Partiyasının (KDP) üzvləri Şimali İraqdakı siyasi böhranın pərdə arxasında İranın olduğunu deyirlər. Türkiyədə kürd problemi ilə bağlı yaşananlar da böhrana birbaşa təsir edir. Ayşə Karabat “iqtidar savaşı”dakı İran təsirini araşdırıb.
“Burada iki adam çox məşhurdur: Qasım Süleymani və Polad Ələmdar. Amma təətssüf ki, Polad Ələmdar həqiqi deyil.”
Bu sözləri mənə Ərbildə bir siyasətçi gülərək dedi.
İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzaninin avqustun 19-da səlahiyyət müddətinin başa çatması çərçivəsində yaşanan siyasi böhranda İran və Türkiyənin münasibəti ilə bağlı danışırdıq. İranın Orta Şərqdəki qılıncı Qasım Süleymani İranın Suriya, Livan, İraq, Qəzzə və Əfqanıstandakı siyasətini həyata keçirən şəxs, “ İnqilab gözətçiləri”nin Qüds qolunun komandiridir. Uzun müddətdir bu vəzifəni icra etməsinə baxmayaraq çox da ortalıqda görünməyən, lakin son zamanlarda Suriyada cəbhədə savaşarkən şəkillərdə görünən Süleymani avqustun əvvəli Ərbil və Süleymaniyyədə idi. Şimali İraqda uzun müddətdir davam edən siyasi böhranın qrupları ilə görüşdü. Verilən məlumata görə görüşdə əsas fikri “İŞİD ilə müharibə aparırıq, indi sabitliyə ehtiyacımız var, bu böhranı uzatmayın” olub. Halbuki Kürdüstan Demokrat Partiyasının tərəfdarları düşünür ki, bu böhranda İranın rolu var. KDP tərəfdarları sosial şəbəkələrdə Bərzaninin rəhbərlik müddətinin uzadılması, əvəzində səlahiyyətlərinin azaldılması və sədrin parlament tərəfindən seçilməsini təklif edən və bunda israrlı olan müxalifət partiyalarını İraqın kuklası adlandırırlar. Müxalifət partiyaları çalışmalarının nə qədər Bərzaninin şəxsinə yönəlmədiyini desələr də, KDP-nin və Bərzaninin gücünü azaltmaqda iddialıdırlar. Hətta bu səyləri Bərzaniyə qarşı sivil zərbə axtarışı olaraq şərh edənlər belə var.
Şimali İraq rəhbərliyi tarixi olaraq da parçalanmış vəziyyətdədir. KDP-nin güclü olduğu Ərbil və Duhokda ticarətdən gündəlik yaşayışa qədər hər sahədə türk təsiri açıq görünür. KDP siyasi cəhətdən də Qərb bloku ilə hərəkətin tərəfdarıdır. “Strateji qapı” dedikləri Ankara ilə yaxşı münasibətlər axtarışındadırlar. Bölgənin neftini qərbə çıxarmaq üçün də yeganə yol Türkiyədir. Tək gəlir mənbəyi Ceyhandan açılan neft kəməridir. Eyni zamanda Türkiyə üçün də Şimali İraq həm önəmli bir ticarət ortağı, həm də Orta Şərqə açılan ən əhəmiyyətli yollardan biridir. Üstəlik Şimali İraqda 1600 türk firması var və bunların çoxu KDP nəzarətindəki ərazilərdədir. Bunun qarşılığında Şimali İraqda müxalifətin güclü olduğu bölgələr olan Süleymaniyyə və Hələbcə coğrafi olaraq İrana çox yaxındırlar. Kərkükdə Kürdüstan Yurdsevərlər Birliyinin (KYP) hakimiyyəti davam edir. Bu partiyaların İranla əlaqələri yaxşıdır. İran bu ərazilərdə Türkiyə qədər aktiv ola bilmir. Amma mərkəzi Bağdad üzərində qurduğu təsir gücünə bənzər bir nüfuzu Şimali İraqda yaratmaq istəyir. Belə olduqda hər cür bölgə və yerli böhranda gözlər Ankara və Tehrana çevrilir. KDP iki paytaxt arasında balanslı siyasət apardığını desə də, müxalifətdəki KYB və Qorran Hərəkatı Bərzanini “ yumurtalarını eyni səbətə qoymaqla”, yəni Türkiyəyə daha yaxın olmaqla tənqid edir. Son siyasi böhranda da bunun təsirləri açıqca görünür.
KDP-yə yaxın Rudav qəzetinin redaktoru Rabvar Kərimin məlumatına görə Suriya böhranında da qərblə razılıqlı siyasət yürüdən və Ankara əlaqələrə xüsusi önəm verən Bərzaniyə Tehran, Şimali İraqda yaxın olduğu Qorran Hərəkatı və KYB əli ilə dərs vermək istəyir. Bunun da bir neçə səbəbi var: “Keçən il Bərzaninin etdiyi “müstəqilliyə hazırlaşırıq” açıqlaması, Kərkük neftinin bölgədəki kürd rəhbərlik tərəfindən ixrac edilmə qərarı Tehranı xeyli narahat etdi. Bir də Türkiyə ilə yaxın münasibətlərin olması var.”
Keçən il Bərzaninin “Müstəqilliyə hazırlaşmalıyıq” açıqlamalarından sonra yenə Ərbil və Süleymaniyyəyə gəlmişdim. O vaxtlar buradakı mühit fərqli idi. Müstəüillik həyəcanı yaşanırdı. Lakin o vaxt ünsiyyətdə olduğum çox adam “Görək Tehran nə deyir?” deyərək ehtiyatlanırdı. Tehranın davranışına diqqət çəkənlərdən biri də Türkiyəni yaxından izləyən və partiya mənsubiyyəti olmayan analizçilərdən biri idi. O zaman uzun müzakirələr etmişdik. Mənə İranın iki səbəbə görə küdr müstəqilliyinə qarşı çıxacağını demişdi: Şimali İraqda müstəqil kürd dövlətinin qurulmasından sonra İrandakı kürdləri tutmaq mümkün olmaz. Müstəqil Kürdüstan Türkiyənin enerji ehtiyacının çox hissəsini qarşılayacaq və ticarət əlaqələri də artacaq deyə İran bunu qəbul etməz.
Yenə həmin analizçinin qapısını döydüm.O da Tehranın Bərzaniyə dərs vermək niyəti olduğunu düşünür. Həmçinin bu siyası böhranda Bərzaninin səhvlərinin olduğunu da əlavə edir: “Bərzani İraq Kürd idarəçiliyinin rəhbəri ola bilmədi, KDP lideri olaraq qaldı, səlahiyyət müddətinin bitəcəyi zaman problemlər yaranacağı bəlli idi, amma bunu həll etmək üçün təşəbbüs göstərmədi və yeni konstitusiyanın hazırlanmasında da uğurlu ola bilmədi. Ona görə də Tehranın Bərzaniyə dərs vermək istəməsinin arxasında Tehranın Suriyaya Şimali İraqdan silah keçirmək istəməsində təkid etməsi ilə yanaşı yenə Suriya məsələsində qərb bloku ilə birlikdə hərəkət etməyi var. Tehran bundan məmnun deyil. Bu məsələdə Bərzaninin ən azından tərəfsiz qalması üçün təzyiq edir.
Başqa bir problem də Mosulun İŞİD-in əlindən alınmasıdır:
“Bərzani Mosulun İŞİD-dən təmizlənməsini təbii ki, istəyir. Amma mərkəzi Bağdad hökuməti bunu şiə qüvvələrin əli ilə etmək məsələsində qərarlıdır. Bərzani isə yerli ünsürlərin, yəni üsnnilərin və kürdlərin də Mosulu alma əməliyyatında iştirak etməli olduğunu düşünür.
Kərim bu davada müxaliflərin “ Türkiyə yandaşı” deyə tənqid etdikləri Bərzaninin əlinin zəifləməsində keçən il İŞİD-in Şenqalı işğal etməyindən sonra yaşanan hadisələrin payının olduğuna diqqət çəkir: “Köməyə birinci İran gəldi, İŞİD Şenqala hücum etdi, növbəti gün İran ordusu burada idi. Nə zaman o qədər silahı yükləyib, gətirdiniz, yoxsa hazır idi? O ayrı mövzudur, amma o zaman Türkiyədən hərdi dəstək gəlmədi. Mosul konsulluğunun işçiləri İŞİD-in əlində əsir idi. Amma Bərzani müxalifləri “ Hanı Türkiyə? Haradadır” deyə təzyiq etdilər Bərzaniyə.
Bərzaninin başqa bir çətinliyi də PKK-nın xilas edilməsinə kömək etdiyi Şenqalda baza qurmaq fikrini yüksək səslə deməyi oldu. Kürd siyasi hərəkatında iki fərqli məktəb olan və ideolojik liderlik mübarizəsi aparan PKK və KDP arasındakı bu gərginlik müxaliflər qarşısında Bərzaninin əlini zəiflədən başqa bir səbəbdir. PKK ilə yaxın əlaqələri olan Qorran və KYB Bərzanini “ müttəfiqin bizim torpaqlarımızı bombalayır” deyə tənqid edir.
Bərzaninin Suriya mövzusunda da İranın təzyiqi altında olduğunu deyən və təhlükəsizliyi üçün adını deməyən politoloq Türkiyə baş naziri Əhməd Davudoğlunun Türkiyənin Qəndilə aid əməliyyatları ilə bağlı olaraq “Bərzani müttəfiqliyə hazırdır” tipli açıqlamalarının da iraqlı kürd lideri çətin vəziyyətə saldığına diqqət çəkir. Amma başqa bir şey əlavə edir: PKK-nın kürd bölgəsinin neftini daşıyan borularına olan hücumlarını.
İraqın kürd rəhbərliyinin bu hücumu qınayan açıqlamasına görə bu sabotaj səbəiylə verilən itki ən az 250 milyon dollardır. Maaşları ödəməkdə çətinlik çəkən, iqtisadi böhran içindəki bu bölgənin tək gəliri neftdir.Çünki satıla bilən neft qədər qazanc əldə edirlər. PKK-nın “ Biz etməmişik” deməyi isə inandırıcı deyil. Sadəcə bu əmri kim verib, onu düşünmək lazımdır” deyir politoloq. Diqqət çəkdiyi başqa bir məqam isə Bərzaninin əlinin İrana qarşı boş olmamasıdır. Bərzani də İran Kürd Demokrat Partiyası üzərindən Tehrana təzyiq edir.
Mərkəzi Ərbil olan İraq Kürdüstanı Qaz və Neft Şurası tərəfindən maliyyələşən Orta Şəqr Araşdırma İnstitutunun rəhbəri Dlaver Alaldin isə İranın KDP ilə yaxşı əlaqələrinin olduğunu deyir. Onun fikrincə bu yaxşı münasibətlərə rəğmən Tehran KDP-nın bölgədə əsas güc olmağını istəmir və Şimali İraqdakı partiyalar arasında balans yaratmaq istəyir: “Bölgədəki güclərin yerli qüvvələr üzərindəki təsiri hər zaman önəmlidir, amma bir az qabardılır. İnsanlar yerli güc rəqabətində bölgədəki güclərin təsirini olduğundan çox şişirdir. İranın bütün təzyiqlərinə, hətta təhdidlərinə rəğmən yerli oyunçular həmişə İran dediyini etməz. Sonuncu müzakirədə də İran bütün partiyalara razılıq əldə etməkləri üçün təzyiq etdi, amma onların heç biri İranın dediyini etmədi.
Şimali İraqdakı sabitlikdən həm bölgədəki yatırımları, həm də enerji ehtiyacı səbəbiylə faydalanan Türkiyə də dövrəyə girdi. Xarici İşlər Naziri Müstəşarı Firudin Sinirlioğlu bölgəyə gəldi. Tərəflərə birlikdə bu böhranın həll olunmasının vacibliyini dedi.
Polad Ələmdarın həqiqi olmamasından şikayətlənən siyasətçi vəziyyəti belə izah etdi: “ Türkiyə hər şeyi açıq deyir və dediyinin arxasında durur. Yəni bölgədəki digər ölkələr kimi etmir.
Şərhlər