Ermənistan tərəfi nə vaxt öz mövqeyini açıqlayacaq?
04.11.2020 15:24 A-reaksiya 1356
"Əgər danışıqlar bu formatda olsa, istəlinən məsələləri masa arxasında soruşa bilərlər. Bu, praktik bir yanaşma olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllində Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı ilə bağlı açıqlamasını şərh edərkən deyib. Politoloq Türkiyənin masada yer almasının gözlənilən olduğunu qeyd edib:
"Hamı başa düşürdü ki, Türkiyənin bu prosesdə iştirakı, danışıqlar masasında oturması cox vacibdir. Bəzən deyirdilər ki, Ermənistan buna qarşı ola bilər. Amma indi görürük ki, Ermənistan verdiyi bəyanatlarda dövlət olaraq Türkiyənin adını hallandırır".
Tofiq Zülfüqarovun fikrincə, hər sey Ermənistan tərəfindən asılıdır:
"Hamı real danışıqların nə vaxt baş verə biləcəyi ilə maraqlanır. Hamı bilməlidir ki, Azərbaycan öz mövqeyini açıqlayıb. Əsas sual budur, Ermənistan tərəfi nə vaxt öz mövqeyini açıqlayacaq? Biz gözləyirik ki, Ermənisrtan öz qoşunlarını Qarabağdan, Azərbaycanın ərazisindən çıxartmağa hazır olduğunu bəyan eləsin. Əgər onlar belə bir bəyanat versə, hesab edirəm danışıqlar da baş verəcək".
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində "Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı yaradılması təklifinə necə baxır” sualına cavab verib: "Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. ilə bağlı. Bu mövzu, xüsusi ilə bir müddət əvvəl Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə...”
Şərhlər