Aralıq dənizində müharibə hazırkı dövrdə mümkün deyil - EKSPERT RƏYİ

15.08.2015 15:04     A-reaksiya     2888

Rusiya Qara dəniz Donanmasına aid döyüş gəmiləri, keçən həftə Gibraltar boğazından keçərək daxil olduqları Aralıq dənizində nəhəng bir təlim reallaşdırıb. Təlimdə beşi döyüş gəmisi olmaqla cəmi səkkiz gəmi iştirak edib.

Rus donanmasının bayraq gəmisi “Moskva” raket gəmisinin liderliyində reallaşan təlimdə, düşmənin hava hücumlarına istiqamətli atışları, dənizaltılara istiqamətli döyüş təlimi və konvoy təhlükəsizliyi ilə əlaqədar fəaliyyətlər yerinə yetirilib.

 "Pıtlivıy" freqatı, hərbi yanacaq tanker gəmisi "İvan Bubnov", hava yastıqlı raket gəmisi '"Samui", kiçik raket gəmisi "Miraj" və xilasedici “Şaxtyor” kimi gəmilər iştirak edib.

Məsələyə ilə bağlı Reaksiya.az-a açıqlama verən Azeri Defence hərbi jurnalın baş redaktoru Rəşad Süleymanov bildirib ki, Rusiyanın Qara dəniz donanmasının Aralıq dənizində müharibə aparması hazırkı dövrdə mümkün deyil: “Aralıq dənizi sahillərində NATO ölkələridir. Məntiqlə Rusiya ilə bu ölkələr konfliktdədirlər. Aralıq dənizinə çıxış Türkiyənin boğazlarından mümkündür. Türkiyənin NATO üzvü olduğunu, NATO - nun bir üzvünə hərbi müdaxilənin alyansa müdaxilə olduğunu nəzərə alsaq, Türkiyə hərbi əməliyyatlar üçün boğazlarından keçidə imkan verməz.

Rusiya donanmasına boğazlardan yalnız Suriyadakı keçmiş bazasına keçid və sülhməramlı səfərlər üçün keçid icazəsi verilir. Aralıq dənizində digər sahil dövlətlərlə Rusiyanın müharibə aparmasına da hazırkı dövrdə bir əsas yoxdur. Misirlə, Əlcəzairlə, Livanla yaxşı əlaqələr var. Rusiya son beş ildə Qara dəniz donanmasını gücləndirir. Donanmaya 7 döyüş gəmisi (artilleriya və raket gəmisi) iki ədəd diversiya əleyhinə kater, üç ədəd desant gəmisi daxil edib. Bu da Qara dənizdə sahilyanı NATO ölkələrinin -Türkiyə, Bolqarıstan, Rumıniya, habelə son dönəmlər Ukraynanın fəallaşması, Amerika Dəniz qüvvələri ilə birgə təlimlərin artmasına cavab hesab kimi baş verir deyə bilərəm”.

 

Şərhlər

Çox oxunanlar