Kreditorlar Ukraynada "ikinci Yunanıstan" görəcəklər - TƏHLİL

15.08.2015 17:26     A-reaksiya     2514

“İqisadi Maarifləndirmə Fondu” adlı beynəlxalq təşkilatın fəxri üzvü, analitik Ceffri Albert Taker Ukraynada defoltun qaçılmaz olduğunu bildirib.

Reaksiya.Az xəbər verir ki, o, RT-nin ingilisdilli versiyasına müsahibəsində 120 milyon dollarlıq avroistiqraz ödənişi ilə devalvasiyanı ertələyən Ukrayna və kreditorlar “ikinci Yunanıstan” olmaq riskindən asanlıqla qaça bilməyəcək.

Ukraynanın kreditorlara 500 milyon dəyərində növbəti ödənişi sentyabrda etməli olduğunu deyən analitik bildirib ki, Ukraynanın BVF-nin borclarını qaytarmaq üçün daxili rezervləri yox dərəcəsindədir və bu səbəbdən ölkə getdikcə çətin vəziyyətə düşür.

Onun sözlərinə görə, Kiyev böhrandan qaçmaq üçün daha çox borca girməyi indi ən uyğun variant hesab edir və ona görə də, nisbətən yumşaq şərtlər altında əlavə kreditlər almağa çalışır.

Hazırda Ukrayna nümayəndələri San-Fransiskoda beynəlxalq kreditorlarla 10 milyard dollarlıq borc ayırılması barədə danışıqlar aparır. Həmçinin Kiyev 22,7 milyard dollarlıq borcun ödənilməsində restrukturizasiya (şərtlərə və ödəmə müddətinə yenidən baxılması) xahiş edib.

Bu müddəa BVF-Ukrayna memorandumuna da daxil edilib.

Əgər restrukturizasiya baş tutsa, Kiyev 4 il müddətinə 17,5 milyard dollarlıq dəstəyə ümid edə bilər.

Şərhlər

Çox oxunanlar