Pekinin yuan hesabı - TƏHLİL
16.08.2015 14:52 A-reaksiya 2793
Çin Mərkəz Bankının ard arda ölkənin pul vahidi yuanın dəyərdən salması qeyri - təbii bir hal kimi qəbul edilir. Ancaq Almaniyanın “Deutsche Welle” saytyından analitik Rolf Wenkel, bu cəhdin arxasında uzunmüddətli proseslərin olduğunu bildirir.
Çinin pul siyasəti sanki tapmacanı xatırladır. Çin Mərkəzi Bankı çox uzun zamandan bəri yuanı dollara indeksləyib. Bank gündəlik istinad olunan kursu təyin edir və ticari dalğalanmalara görə yalnız müsbət ya da mənfi iki % -lik bir oynamağa icazə verirdi. İndilərdə isə Çin Mərkəzi Bankı yuanı arxa arxaya üç dəfə devlavasiya etdi.
Pekin ruhi xəstədir?
Pekindəki ölkənin maliyyə məsələlərinə baxanlar görəsən ruhi xəstədirlər? Bir tərəfdən pul vahidlərini uzunmüddətli dollardan asılılıqdan xilas etmək istədiklərini söyləyirlər. Və bunu da, "Çin pul vahidini süni olaraq aşağı səviyyədə tutur ki, ixrac üstünlüyü əldə etsin" şəklindəki Amerika maliyyə nazirlərinin irəli sürdükləri ittihamlara görə etmirlər. Əslində isə Pekin yuanın dünyanın etibarlı pullarından olmasını arzulayır. Və Pekin Beynəlxalq Valyuta Fondunun yuanı, avro, dollar, yen və sterlinq kimi pul vahidlərinin seçmələr klubuna yalnız yuanın yüksəlməsi şərti ilə alacağını da çox yaxşı bilir.
Yaxşı o zaman dövlət müdaxiləsi nə üçündür? Çin sanki bu məsələdə əvvəlki pul siyasətinə qayıdırmış kimi bir şübhə yaranır insanda. Çünki devalvasiya edilmiş yuan, Çinin ixrac mallarının dünya bazarlarında daha ucuza satılmasına yarayır. Və ixrac Çində hələ də milyonlarla insana iş imkanı yaradır. Hökumət Çinin ixracatdan olan təktərəfli asılılığın azaldılmsını arzulamasına baxmayaraq məşğulluğu təhlükəyə atmaq istəmir.
Yuanın yenidən dəyər qazanması qaçılmazdır
Çinli iqtisadçılar verdikləri son açıqlamalarda ciddi olsalar və yuanı müsbət / mənfi iki % -lik bir oynamasında israr etsələr, yuanın birjadakı hər seansda yüzdə ikiyə çatacaq nisbətlərdə dəyər qazanmasına yol aça bilərlər. Belə olan halda da Çin Mərkəzi Bankı tərəfindən iki gün içində ən aşağı səviyyəyə salınan yuan dəyər itkisindən xilas edilər və yenidən dəyər qazanmağa başlayar.
Pekin bu addımı ancaq və ancaq Amerika Mərkəzi Bankının payız aylarında faizləri yavaş yavaş yüksəltməyə başlamasından sonra ata bilər. Bu proses isə ABŞ-da investisiya qoymağı cazibədar bir hala gətirə bilər, inkişafın astanasında olan ölkələrdən sərmayə çəkilməsinə və dolların dəyər qazanmasına yol açar. Əgər dollar və yuan eyni anda dəyər qazanarsa, bunun dollar / yuan məzənnəsinə çox da təsiri olmaz və Çinin ixrac sənayesinə yan təsiri xeyli məhdudlaşar.
Şərhlər