Avropa İttifaqı özünü tanıtmağa 664 milyon avro xərclədi
16.08.2015 15:02 A-reaksiya 2356
Avropa İttifaqı(Aİ) ötən il böyüklər və uşaqlar arasında öz dəyərlərinin təbliği üçün 664 milyon avro vəsait sərf edib.
Reaksiya.az xəbər verir ki, bu haqda “Britaniya üçün Biznes” şirkəti öz hesabatında bildirib.
Avrozona böhranı
“Aİ özünü təbliğ etmək üçün nə qədər pul xərcləyir?” başlıqlı hesabatda qurumun 2014-cü ilə aid büdcəsini sətirbəsətir yoxlayıb.
Avroskeptik kampaniyası ilə bağlı hesabatda İttifaqın öz imicini yaxşılaşdırmaq üçün çap etdiyi minlərlə nəşrlər, video və informasiya əks olunub.
2014-ci ildə sərf olunan əsas PR xərcləri "Ümumi kənd təsərrüfatı ictimai məlumatlılığı siyasəti” (11 milyon avro), “Avropa vətəndaşlığına yardım” (24.8 milyon avro) və 2016-ci ildə Brüsseldə açılacaq “Avropa Tarix muzeyi evi” (9.6 milyon avro) kimi layihələrə xərclənib.
"Aİ büdcəsində daha çox pul kommunikasiyaya pul "ictimai informasiya" nın yayılmasından daha çox olub. Bu isə İttifaq və onun siyasi məqsədləri üşün qərəzli hesabdır”.
Sənəddə Avropa Komissiyasının strategiyası qeyd edilir ki, "Neytral faktlı informasiya əlbəttə lazımdır, lakin təkbaşına kifayət deyil".
Aİ materiallar təkcə böyüklər deyil. Həm də uşaqlar üçün il ərzində 100 mətbu nəşr, 1,000 video, cizgi filmlər və məktəblərdə yayılması üçün buraxılmış rəngli kitablarla hazırlayıb.
Onların arasında Avropa Birliyinin fermerlərə necə"köməyə gəldiyi" haqqında çəkilən cizgi filmi, gənclərin təkraristehsalı öyrədən interaktiv oyun və "Avropanın balaca ulduzu" adlı Avropa İttifaqının bayrağında ulduzların biri haqqında kitab da var.
“Aİ-nın həvəsləndirici tədbirlər 664 milyon avro həcmlə məhdudlaşmır, konkret olaraq sənədləşmələrə daxil edilməyən daha böyük büdcələr də var”- deyə hesabatda qeyd edilir.
Şərhlər