Zərifi gözləyən Rusiya - Suriya məsələsində mövqeyi dəyişməmişik
16.08.2015 16:33 A-reaksiya 2633
Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Moskvada İran xarici işlər naziri Cavad Zərifi qəbul edəcək.
Reaksiya.az xəbər verir ki, keçən həftə əvvəlcə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil el-Cubeyri, sonra isə Suriya müxalifətinin nümayəndələrini Moskvada qarşılayan Lavrov Suriya böhranının siyasi həlli üçün diplomatiya yolunu davam etdirir. Zərifin Moskva səfərində prioritet məsələ Suriya böhranı olacaq. “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə və böhranın həlli üçün yeni koalisiyanın yaradılması ilə bağlı məsələlər də müzakirə olunacaq. Gündəmdəki mövzulardan biri də, nüvə sazişindən sonra satışı qarşısında maneələrin götürüldüyü S-300 raket əleyhinə müdafiə sistemləridir.
“Rusiya müxalif qruplar arasında dialoq istəyir”
Rusiyanın son dövrdə Suriya mövzusundakı təşəbbüslərinə təkan verməsindən sonra, "Moskvanın mövqeyi dəyişdimi?”sualına cavab axtarılır. ABŞ və Kanada İnstitutu Yaxın Şərq Problemləri Mərkəzinin direktoru Aleksandr Şumilin Rusiyanın Suriya ilə bağlı cəhdlərini xüsusilə bu dövrdə artırmasının, "müxaliflərlə dialoqun saxlanması" istəyinə bağlı olduğunu deyib
Şumilin Rusiya və İranın nüvə proqramına dair razılığa gəldikdən sonra Qərbin Tehran ilə Suriya məsələsində müqaviləsindən narahat olduğunu bildirib: “Həmçinin Türkiyənin terror təşkilatı İŞİD ilə mübarizədəki qərarlı mövqeyi, Suriyada təhlükəsiz zona yaratmaq istəyi və Əsədin bölgədəkivəziyyətinin yaxşı olmaması kimi səbəblərdən dolayı bölgədəki təsirinin azalmasından narahat olan Rusiya böhranın həlli üçün özünə yer axtarır”.
Şumilin danışıqlarda Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) nümayəndə heyətinə Suriyada Əsədin özünə yox, Suriya xalqına dəstək olunduğunun izah edildiyini, ancaq bu cür açıqlamaların ictimaiyyət qarşısında aparılmadığını deyib. Aleksandr Şumilin danışıqların ən mühüm məsələsinin İŞİD ilə mübarizə olduğunu bildirib.
Rusiya Əsədi müzakirəyə çıxarmaz
Rusiya Strateji Tədqiqatlar İnstitutunun Orta Asiya və Yaxın Şərq Mərkəzinin rəhbəri Yelena Suponina Rusiyanın Suriya aid mövqeyində hər hansı dəyişiklik görmədiyini bildirib: “Rusiyanın Əsəd mövzusundakı mövqeyində yumşalma sezmirəm. Müxalif qruplar Rusiyanın mövqeyində dəyişiklik görmək istədikləri üçün bu cür bəyanatlar vermiş ola bilər” deyə bildirib. Rusiyanın Əsədin devrilməsini müzakirəyə çıxarmayacağı fikrini müdafiə edən Suponina qeyd edib: “Görüş iştirakçıların Suriyadakı problemin hərbi yollarla həll olmayacağını anlaması səbəbindən mülayim keçdi. Rusiya öz mövqeyindən uzaqlaşmadı, digər oyunçular Rusiyanın mövqeyinə yaxınlaşmağa başladı”.
Lavrov həftənin əvvəlində səudiyyəli həmkarı Adil el-Cubeyr ilə Suriya böhranını qiymətləndirmişdi. Xarici işlər nazirinin müavini Mixail Boqdanov da PYD həmsədri Saleh Müslimlə bir araya gəlib görüşdə Suriyadakı vəziyyət və Rusiyanın İŞİD ilə mübarizə məsələsində Kürd qruplar, o cümlədən, geniş terrorla mübarizə cəbhəsinin yaradılması təklifi müzakirə olunmuşdu.
Suriya diplomatiyası çərçivəsində Lavrov cümə günü SMDK Sədri Xalid Xoca başçılıq etdiyi nümayəndə heyəti, cümə günü də Suriya Milli Koordinasiya Komitəsinin keçmiş sədri Heysem Mənnəni qəbul etmişdi.
Şərhlər