İran ərəb monarxlarını necə razı salacaq? - TƏHLİL
16.08.2015 17:37 A-reaksiya 2857
İran Qətər qazını Türkiyə vasitəsi ilə Avropaya ixrac edə bilər.
Bunu İran İslam Respublikası (İİR) Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Möhsün Cəlalpur Press Tv-yə deyib.
Onun sözlərinə görə, İran Qətər və Türkiyə ilə razılıq əldə etməyə qadirdir: “İran və Türkiyə üçün əhəmiyyətli dərəcədə mənfəət olacaq”.
“Bu istiqamətdə bəzi siyasi manelər qalsa da, biz ümid edirik ki, bu məsələlər öz həllini tapacaq”, - deyən Cəlalpur həmin siyasi maneələrin nədən ibarət olduğunu bildirməyib.
Hələ bilinmir. Qətər qası İrana nəql olunacaqmı, ya yox, lakin perspektivdə İrn körfəzi altında qaz kəmərinin çəkilməsi, ya da Qətərdə maye qaz və ya qazsıxma müəssisələrinin inşası kimi məsələr dura bilər.
Baxmayaraq ki, İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qaz nəql edən qaz kəməri var, bu məsələdə də müəyyən problemlər var. Belə ki, Türkiyə və İran arasındakı qiymət müzakirələri hələ də həll olunmamış qalır. Bu anlaşılmazlıq Qətərlə planlaşdırılan layihənin də reallaşmasında maneə yarada bilər.
Həmçinin Azəraycan da İranı TANAP layihəsinə qoşulmağa dəvət edib.
Lakin İran öz qazını Avropa bazarlarına nəql etmək üçün alternativ kimi Şərqə və Asiya bazarlarına sarı da baxır.
İyulun 23-də İanın neft nazirinin kommersiya və xarici əlarələr üzrə müavini Əmir Hüseyn Zamaniniya bildirib ki, Avropada qaz qiymətinin düşməsinə və tələbin azalmasına görə, İran qazının satışında üstünlük Şərq bazarlarına verilə bilər.
Bəzi Avropa İttifaqı ölkələri hazırda öz iqtisadiyyatlarının yavaşlamasına qarşı mübarizə aparırlar, həmçinin bərpa olunan enerji mənbələrindən istifadənin artması qaz qiymətlərinə də təsir göstərib.
İran sanksiyaların aradan qalxmasından sonra öz enerji resursları hesabına iqtisadiyyatını dirçəltməyə və yeni sərmayələr cəlb etməyə çalışır. Lakin məsələ ondadır ki, bunu Qərb də istəməli və çalışmalıdır.
İranın yeni təklifində Qətərin adını hallandırması həm də ərəb monarxiyalarına mesaj kimi dəyərləndirilməlidir.
İran diqqətə çatdırmaq istəyir ki, sanksiyaların aradan qaldırılması nəinki öz enerji resurslarının, həm də ərəb dövlətlərinin karbohidrogen sərvətinin dünyaya çıxarılması üçün vacibdir və gələcəkdə İranla ərəb dünyası arasında böyük əməkdaşlıq ola bilər.
Lakin İran Azərbaycanla əməkdaşlığa, TANAP-da iştiraka o qədər də maraqlı görünmür və ya buna ehtiyac olmadığını göstərməyə çalışır.
Məsələ ondadır ki, Qərb də o qədər maraqlı deyil.
2014-cü ildə Bakıda səfərdə olan Böyük Britaniyanın o vaxtkı enerji naziri Maykl Fallon demişdi ki, “Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir. O vurğulayıb ki, Böyük Britaniya Avropanın neft-qaz təchizatında həm Azərbaycanı, həm də İranı aktiv mövqedə görmək istəyir.
Hələ o zaman nüvə danışıqları öz həllini tapmamışdı, lakin nüvə sazişindən bir il əvvəl də, bir ay sonra da qərbli siyasilər oxşar açıqlamalar verir, Avropa ilə münasibətlərdə İran və Azərbaycanın adını birgə çəkirlər.
Hazırda İrana qarşı sanksiyaların aradan qalxması məsələsi hələ öz həllini tapmayıb. Qərb və İsrailin narahatlığından savayı, ərəb monarxiyalarının da narahatlığı açıq hiss olunur.
Əgər gündəmə ortaq enerji layihələri gəlsə, bu narahatlıqlar da aradan qalxar. Amma ilk növbədə Türkiyə ilə də qiymət məsələsində ortaq məxrəcə gəlmək lazımdır.
Şərhlər