Türkiyə - İran arasında Suriya qarşıdurması - İDDİA

06.06.2015 16:44     A-reaksiya     1624

Livanın "Əs Səfir" qəzeti yazarlarından Məhəmməd Ballut, İran ordusuna bağlı döyüşçülərin Türkiyə sərhədindəki İdlib qəsəbəsində mövqelənməsini Ankaraya mesaj kimi şərh edənlərdəndir. Məhəmməd Ballut önümüzdəki günlərdə Türkiyə və İran arasında Suriya üstündə soyuqluq yaşanacağını iddia edir.

M. Ballut açıqlamasında bildirib ki, Suriyadakı döyüşlər 5 ildir davam edir, amma 2015 - ci ilin yayında məsələ kökündən həll olunacaq: "İstər Suriya rəhbərliyinə bağlı qüvvələr, istərsə də xaricdən dəstəklənən silahlı qruplaşmalar bu yay bütün güclərini ortaya qoyacaqlar. İranın regiondaki münaqişəyə birbaşa təsir etmə imkanı var və artıq konkret addımlar atmağa məcbur qalacaq. Bu da  Türkiyə ilə İran arasında soyuqluğa səbəb olacaq".

Şərhlər

Çox oxunanlar