Orta Asiyada dinin idarə edilməsi

06.06.2015 18:23     A-reaksiya     1672

Orta Asiyada dini məsələlərdən söz düşəndə yerli əhali hər nə qədər Sovet mirasından qopmağa can atsa da, yenə də Sovet üsuluna güvənməyə davam edir.

 

1991-ci ildən Sovetlərin çöküşündən etibarən din, xüsusilə İslam, Orta Asiya dövlətlərində milli kimliyi gücləndirən əsas mədəni bir formul kimi ortaya çıxdı. Bu baxımdan din regional liderlərə, özlərini Moskvanın nüfuzundan xilas olmağa kömək edir. Eyni zamanda, Orta Asiyadakı idarəçilər dini məsələlərdə məsafəli davrandıqlarını qətiyyən gizlətmirlər. İnancı dövlət ideologiyasına bir rəqib kimi görürlər.

Dini idarə etmək üçün Orta Asiya liderləri, yəni dövlətin dini məsələlərlə bağlı komitələri, Sovet dövründən fərqlənmək üçün ancaq forma dəyişdiriblər. Bu dövlət orqanları indi fərqli ölkələrdə, fərqli adlar altında idarə edilir: Qazaxıstanda Din İşləri Nümayəndəliyi; Qırğızıstanda, Dövlət Din İşləri Komissiyası; Tacikistanda Din İşləri Komitəsi; Özbəkistanda Din İşləri Şurası və Türkmənistanda Din İşləri Komitəsi adı altında fəaliyyət göstərir. Amma adı nə olursa olsun, hamısı ümumi olaraq hər ölkənin ayrı bölgələrində yerli səviyyədə daha möhkəm bir nəzarət təmin etmək məqsədilə müxtəlif qollara ayrılır.

Bu komitələrin, dövlət təşkilatları və ayrı-ayrı əhali arasındakı qarşılıqlı imkan təmin etmələri və eyni zamanda həddindən artıq və zorakılığa meylli hərəkatlara qarşı bir səngər funksiyası həyata keçirmələri vacibdir. Bu komitələr eyni zamanda, aktiv dini hərəkatlara aid məlumatların əldə edilməsi üçün hüquqşünaslar, tədqiqatçılar və universitetlərdən mütəxəssislərlə və ya dini mövzuları araşdıran araşdırmaçılarla əməkdaşlıq edir. Eyni zamanda, dövlətin inzibati qurumlarının nümayəndələri, yerli icra strukturları və dövlət təhlükəsizliyindən məsul olan işçilərlə də sıx əməkdaşlıq mövcuddur. Qazaxıstanda prezident tərəfdarı Nur Otan partiyası, gənclər arasında radikal dini fikirlərin yayılmasını azaltmaq üçün həyata keçirdiyi kampaniyada, birbaşa Din İşləri Nümayəndəliyi ilə işləyir.

Orta Asiyadakı dövlətlər fərqli yanaşmalar sərgiləsə də, hər ölkədəki din işləri komitələri rəsmi siyasət vasitələri üçün kilid nöqtələrdən biridir və həm qayda qoymada, həm də bu qaydaları tətbiqdə fövqəladə bir təsiri vardır. Komitələr din və vicdan azadlığının təşkili üçün qanun hazırlaya və təklif edə bilər. Eyni zamanda, baş verə biləcək qanun pozuntularını araşdıra və hökumətə bunu sənəd kimi təqdim edə bilər.

Dövlətlərin zorakılığa meyllərin qarşısını alması qanunidir. Orta Asiyadakı din işləri komitələri əsasən yoxlama və dini ədəbiyyatlarla bağlı senzura mexanizmi həyata keçirir.

Kommunist siyasi ənənə içində yoğrulan Orta Asiya liderlərinin Sovet metodlarından tamamı ilə uzaqlaşacağını düşünmək inandırıcı deyil. Yenə də, bir çox xarici müşahidəçi din işləri komitələrinin inanclı insanların gündəlik həyatlarına çox müdaxilə etdiklərini düşünürlər. Bu komitələr Orta Asiyadakı sabitlik mövzusunda bir çox risk yaradır: üstü bağlı olaraq dövlət təşkilatlarına olan ictimai etibarı zədələyir və belə edərək radikal dini fikirlərin meydana gəlməsini və yayılmasına şərait yaradırlar.

 

Sebastian Peyruz

 

Con Hopkins Universitetinin Orta Asiya üzrə eksperti

Şərhlər

Çox oxunanlar