Erməni xalqı Paşinyana kart-blanş verib əfv etdi - Bakı üçün də unikal fürsət

23.06.2021 12:09     A-reaksiya     652

“Müharibə partiyası”na qarşı vahid cəbhə formalaşır; Qarabağ klanının yalnız bir müttəfiqi qalıb; Rusiya da “cəbhə”nin Paşinyan tərəfində yer almaq zorundadır, çünki...

“10 noyabr 2020-ci ildən başlayan siyasi böhran bitdi. Sabahdan (bu gündən - red.) artıq normal işə başlamaq olar”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan parlament seçkilərində partiyasının qələbəsinə həsr olunan mitinqdə bəyan edib.

Qərb müşahidəçilərinin də, MDB-dən (Rusiyadan) olan müşahidəçilərin də müsbət rəy verdikləri son seçkilərdə Paşinyanın 54%-lik qələbəsi, özü də müxalifət üzərində əzici qələbəsi həqiqətən də onun legitimlik probleminin artıq qapanması anlamına gəlir. Bunun ardınca təbii ki, o, ölkədə qarışıqlıq, sabitsizlik yaranmasını istəməz.

Təsadüfi deyil ki, Paşinyan Ermənistanın bütün siyasi qüvvələrini təhqirlərə son qoyub “birlik yolu ilə yeni səhifə açmağa” çağırıb. Eyni zamanda dialoqa meylli qüvvələrin hamısı ilə bu gündən siyasi məsləhətləşmələrə başlayacağını bildirib. “Sabah səhər (bu gün - red.) mən seçkilərə qatılmış və konstruktiv dialoqa hazır olan siyasi qüvvələrlə siyasi məsləhətləşmələrə başlayacağam” - Paşinyan bildirib.

*****

Robert Koçaryan iqtidar ola bilərmi?- Cəlladın addım səsləri,Dağlıq  Qarabağın statusu...

Amma çətin ki, radikal Qarabağ klanını təmsil edən qüvvələri - sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı “dialoqa hazır olan”lar sırasına aid eləmək mümkün olsun. Onlar “müharibə partiyası”dır və təbliğatları da müstəsna olaraq, revanşizm ideyaları üzərində qurulub. Bu isə erməni xalqına yalnız yeni fəlakət, yeni müharibə vəd edir. O səbəbə elektoratın əksəriyyəti onları iqnor elədi və 44 günlük savaşı uduzsa da, yenə Nikol Paşinyanla yola davam qərarı verdi.

Bu da o deməkdir ki, erməni xalqı nəinki Paşinyanı əfv edib, üstəlik, ona “müharibə partiyası”na qarşı mübarizə üçün kart-blanş verib. Yaxın günlərdə və ya həftələrdə Nikol Paşinyanın bu kart-blanşdan necə istifadə edəcəyini görəcəyik. Çox şey yəqin ki, radikal-revanşist müxalifətin, özəlliklə seçkilərdə 2-ci və 3-cü yeri tutmuş Köçəryan-Sərkisyan tandeminin atacağı addımlardan asılı olacaq.

Ermənistanda siyasi EHTİRASLAR– Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Əslində 20 iyundan sonra Qarabağ klanı xeyli dərəcədə təklənmiş durumdadır. Məsələ həm də ondadır ki, artıq Köçəryanın dostu V.Putin də seçkilərin nəticəsini qəbul edib. Yəni Rusiyaya da Paşinyanın qələbəsi ilə barışmaq qalır. Qarabağ klanının tək ümidi indi sülhməramlıların nəzarət elədiyi ərazimizdəki qanunsuz silahlı dəstələrə ola bilər. Bu da risklidir. Birinci ona görə ki, Moskva da bölgədə yeni müharibə və konfrontasiyada maraqlı deyil. İkinci isə əlbəttə ki, “Dəmir yumruq” yerində durub.

Bu xüsusda yaranmış durum əslində Azərbaycan üçün əlavə unikal fürsət açır. O mənada ki, əgər Köçəryan-Sərkisyan tərəfdarları Qarabağda hansısa hoqqa çıxarmaq, vəziyyəti qarışdırmaq istəsələr, iki ölkə arasında sülh sazişini əngəlləmək fikrinə düşüb əl-ayağa dolaşsalar, Bakı dərhal hərəkətə keçib antiterror əməliyyatı apara, onları daha rahatlıqla neytrallaşdıra bilər. Bunu sülh istəyən, yəni Paşinyana səs vermiş ermənilər də təqdir edəcəklər, Moskva isə ən azından neytral qalacaq...

*****   

Küçə”yə qarşı silah və pul – “Qarabağ klanı” iş başında – Yenicag.Az

Bütün hallarda ələlxüsus Robert Köçəryanın hakimiyyət uğrunda mübarizədə bütün vasitələrə əl atacağını gözləməyə dəyər. Rusiyalı tarixçi alim və hərbi ekspert Oleq Kuznetsov Köçəryanın hətta hərbi çevrilişə belə hazırlaşa biləcəyini mümkün sayır.

“Parlament seçkilərində Paşinyanın qalib gəlməsi bu mövzuda şərhlərimdə yanılmadığımı göstərdi. Amma hətta mən belə gözləmirdim ki, onun partiyası 54 faiz səs toplaya bilsin. Demək, bu, Nikol Paşinyana rahatlıqla hökumətini formalaşdırmağa imkan verəcək”, - deyə o qeyd edib (Axar.az).

Onun sözlərinə görə, Köçəryanın seçkiqabağı təşviqatının açıq şəkildə revanşist məzmunu sülh istəyən elektoratı ondan uzaqlaşdırıb: “Köçəryanın İrəvanda tərəfdarlarının qarşısında Azərbaycana yeni müharibə açmaq istəməsi barədə qışqırıqları heç də orta statistik erməni əhalisinin planlarına daxil deyildi və əminəm ki, hazırkı erməni hərbçilərinin və ehtiyatda olanların əksəriyyəti, eləcə də onların ailə üzvləri Paşinyana yalnız onun dövründə yeni müharibənin dəqiq olmayacağı ümidilə səs veriblər. Köçəryanın elektoratı da aldanmış oldu. Onlar radikal ritorikanın təsirinə daha çox məruz qaldı. Köçəryana isə dəstək Kremldən deyil, Rusiyanın kriminal pullarla yedizdirilmiş mətbuatından gəlirdi. Rəsmi Moskvanın siyasi kursuna zidd olaraq Rusiya mətbuatının bu tip fəaliyyəti mənim ölkəmin informasiya məkanında erməni kriminal dairələrinin nə qədər ciddi təsiri olduğunu göstərdi”.

Qarabağ klanı” qiyama hazırlaşır?

Ancaq indi bir çox təhlilçini düşündürən bir sual qalır: Köçəryanın 2018-ci ilin yazında eks-prezident Sərkisyana qarşı baş tutan hiyləgər “Paşinyan planı”na oxşar bir planı varmı? Yəni Robik insanları səsvermənin nəticələrinin saxtalaşdırılmasına inandırıb, seçkinin qeyri-legitimliyi bəhanəsilə hakimiyyəti devirmək üçün küçələrə çıxara bilərmi?

Rusiyalı tarixçi alim hesab edir ki, bu, baş verə bilər və bunun da yeganə səbəbi var: “Köçəryan Ermənistanda bütün sosial-siyasi potensialını səfərbər edib parlament seçkilərinə qatıldı. Bu güc onun maksimumu idi. Amma Köçəryanın bir gizli silahı da var: o, hərbi çevrilişə hazırlaşa bilər”.

“Ermənistanı üzləşdiyi siyasi və iqtisadi dalandan çıxarmaq üçün Paşinyan titanik əmək sırf eləməlidir. Ancaq quldurlar - Robik və Serjik (Köçəryan və Sərkisyan - red.) onu mümkün qədər ağrılı bir şəkildə vurmaq üçün diversiyalar təşkil edə bilərlər”.

Bunu da erməni siyasi şərhçi Samvel Ohanyan seçkisonrası mümkün proseslərdən danışarkən deyib. 

*****

Nə qədər qəribə də olsa, mövcud durumda Qarabağ klanının tək müttəfiqi qismində Ermənistan prezidenti Armen Sərkisyan görünür. Hansı ki, seçki başa çatandan dərhal sonra bir daha ölkə konstitusiyasına düzəliş edib prezidentli üsul-idarəçiliyə qayıdışın vacibliyini bildirib. Sərkisyana görə, baş nazirin həddən çox səlahiyyəti, lakin bunun qarşılığında çox az məsuliyyəti var. Yeri gəlmişkən, eyni tezisi Köçəryan təbliğat kampaniyası dövründə dəfələrlə səsləndirib.

Lakin əvvəlki idarəçiliyə qayıtmaq üçün referendum keçirilməli, ölkə təzədən təbliğat kampaniyası zolağına daxil olmalıdır. Erməni cəmiyyəti isə bundan bezib. Ona qısa müddətdə iqtisadi dirçəliş yoluna çıxmaq, ən önəmlisi, sülh və siyasi sabitlik lazımdır. Nəhayət, unutmaq lazım deyil ki, erməni xalqı son seçkilərdəki mövqeyi ilə faktiki Azərbaycanla sülh anlaşmasına səs verib, yeni müharibəyə yox...

Şərhlər

Çox oxunanlar